DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada COVID-19-a yoluxma halları 604 milyonu ötüb

© AFP 2024 / SIMON MAINACovid-19 qraffitisi, arxiv şəkli
Covid-19 qraffitisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayına görə ABŞ liderdir.
BAKI, 5 sentyabr — Sputnik. Bazar ertəsi səhər saatlarına dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 604 393 319 nəfərə çatıb. Bu barədə Rusiya mediası ABŞ-ın Cons Hopkins Universitetinə istinadən məlumat verir.
Dünyada virusun yayılmasından indiyədək COVID-19 infeksiyasına görə 6 495 433 nəfər dünyasını dəyişib.
Yoluxma sayı 20 milyondan çox olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Cənubi Koreya da var.
Koronavirusa yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı müvafiq olaraq:
ABŞ - 94 748 404 və 1 47 498 nəfər.
Hindistan - 44 462 445 və 528 min nəfər.
Braziliya - 34 456 145 və 684 262 nəfər (bazar gününə olan məlumat).
Fransa - 34 780 903 və 155 229 nəfər (bazar gününə olan məlumat).
Almaniya - 32 247 828 və 147 762 nəfər (bazar gününə olan məlumat).
Böyük Britaniya - 23 738 76 və 206 318 nəfər (bazar gününə olan məlumat).
İtaliya - 21 938 269 və 175 832 nəfər.
Cənubi Koreya - 23 606 740 və 27 149 nəfər.
İtaliyada 2 min 917, Cənubi Koreyada 529 nəfər ölüb. ABŞ üçün məlumat yoxdur.
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış "Worldometers" portalının məlumatına görə, bazar ertəsi səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 834,4 təşkil edib.
Hindistanda hər 1 milyon əhaliyə 375 nəfər, Braziliyada 3 171 nəfər, Fransada 2 351 nəfər, Almaniyada 1 751 nəfər, Böyük Britaniyada 2 742 nəfər, İtaliyada 2 917, Cənubi Koreyada 529 nəfər vəfat edib. ABŞ haqqında isə məlumat verilmir.
Həmçinin, dünyada pandemiya dövründə COVID-19-a qarşı 12 153 193 363 peyvənd vurulub.
Xəbər lenti
0