https://sputnik.az/20220902/ukrayna-maqate-missiyasina-casuslarini-sizdirmaga-calisib-445624102.html
Ukrayna MAQATE missiyasına casuslarını sızdırmağa çalışıb
Ukrayna MAQATE missiyasına casuslarını sızdırmağa çalışıb
Sputnik Azərbaycan
Bundan əvvəl Rusiya hakimiyyəti açıq şəkildə bəyan etmişdi ki, Ukrayna tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının müntəzəm atəşə tutulması irimiqyaslı... 02.09.2022, Sputnik Azərbaycan
2022-09-02T13:28+0400
2022-09-02T13:28+0400
2022-09-02T13:28+0400
maqate
rusiya
ukrayna
zaporojye
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445536410_0:160:3072:1888_1920x0_80_0_0_16bc108d8331054298bfda64f72a4067.jpg
BAKI, 2 sentyabr — Sputnik. Ukrayna jurnalist adı altında öz casuslarını MAQATE-nin Zaporojye AES-dəki nümayəndə heyətinə daxil etməyə çalışıb. Bu barədə məlumatı Zaporojye vilayətinin müvəqqəti hərbi-mülki administrasiyasının (VGA) əsas şurasının üzvü, "Biz Rusiya iləyik!" Zaporojye hərəkatının sədri Vladimir Roqov yayıb."Ukrayna xüsusi xidmət orqanları Prezident Vladimir Zelenskinin əmri ilə öz casuslarını və jurnalist adı altında işləyən təxribatçıları MAQATE-nin Zaporojye AES-dəki nümayəndə heyətinə təqdim etməyə çalışıblar", - Roqov RİA Novosti-yə bildirib.Onun sözlərinə görə, Kiyev hakimiyyətinin bu planının üstü vaxtında və uğurla açılıb.Bundan əvvəl Rusiya hakimiyyəti açıq şəkildə bəyan etmişdi ki, Ukrayna tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının müntəzəm atəşə tutulması irimiqyaslı fəlakətə səbəb ola bilər. Vəziyyəti öyrənmək üçün MAQATE missiyasının mütəxəssisləri Enerqodardakı Atom Elektrik Stansiyasına gəliblər.Təşkilatın missiyası Atom Elektrik Stansiyasına baxış keçirib və stansiyanın vəziyyətini yoxlayıblar. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna MAQATE missiyasının Zaporojye AES-ə səfərini qəsdən pozmağa cəhd edib. Bunun üçün Kiyev hakimiyyəti AES-i ələ keçirməli olan desant qüvvələri göndərib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445536410_171:0:2902:2048_1920x0_80_0_0_1f671d7c7070bdbac6419ae461c9732f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
maqate, ukrayna, zaporojye
maqate, ukrayna, zaporojye
Ukrayna MAQATE missiyasına casuslarını sızdırmağa çalışıb
Bundan əvvəl Rusiya hakimiyyəti açıq şəkildə bəyan etmişdi ki, Ukrayna tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının müntəzəm atəşə tutulması irimiqyaslı fəlakətə səbəb ola bilər.
BAKI, 2 sentyabr — Sputnik. Ukrayna jurnalist adı altında öz casuslarını MAQATE-nin Zaporojye AES-dəki nümayəndə heyətinə daxil etməyə çalışıb. Bu barədə məlumatı Zaporojye vilayətinin müvəqqəti hərbi-mülki administrasiyasının (VGA) əsas şurasının üzvü, "Biz Rusiya iləyik!" Zaporojye hərəkatının sədri Vladimir Roqov yayıb.
"Ukrayna xüsusi xidmət orqanları Prezident Vladimir Zelenskinin əmri ilə öz casuslarını və jurnalist adı altında işləyən təxribatçıları MAQATE-nin Zaporojye AES-dəki nümayəndə heyətinə təqdim etməyə çalışıblar", - Roqov RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, Kiyev hakimiyyətinin bu planının üstü vaxtında və uğurla açılıb.
Bundan əvvəl Rusiya hakimiyyəti açıq şəkildə bəyan etmişdi ki, Ukrayna tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının müntəzəm atəşə tutulması irimiqyaslı fəlakətə səbəb ola bilər. Vəziyyəti öyrənmək üçün MAQATE missiyasının mütəxəssisləri Enerqodardakı Atom Elektrik Stansiyasına gəliblər.
Təşkilatın missiyası Atom Elektrik Stansiyasına baxış keçirib və stansiyanın vəziyyətini yoxlayıblar. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna MAQATE missiyasının Zaporojye AES-ə səfərini qəsdən pozmağa cəhd edib. Bunun üçün Kiyev hakimiyyəti AES-i ələ keçirməli olan desant qüvvələri göndərib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.