Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya diplomatlarından ABŞ-ın zərərli ideyalarına kəskin reaksiya

© Sputnik Vladimir FedorenkoПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov Rusiya neftinin qiymətlərinə yüksək qiymət həddi tətbiq etmək ideyasının ABŞ və Aİ-nin özü üçün zərərli olduğunu açıqlayıb.
BAKI, 2 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Rusiya neftinin maya dəyərinə yuxarı qiymət həddi tətbiq etmək üçün açıq-aşkar zərərli ideyaları fəal şəkildə təbliğ edir ki, bu da sabitliyin daha da pozulmasına və bazarın məhv olmasına gətirib çıxaracaq. Bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin “Telegram” kanalında deyilir.
Səfirlik bildirib ki, Moskva enerji resurslarını bazardan kənar şərtlərlə satmaq niyyətində deyil.
"Rusiya nefti zərərlə satmayacaq. O, qeyri-bazar şərtləri ilə işləmək niyyətində deyil. "Yüksək keyfiyyətli enerji resurslarının etibarlı ixracatçısı kimi reputasiyaya layiq olan ölkəmiz əməkdaşlığa hər zaman açıqdır, lakin yalnız qarşılıqlı faydalı əsaslarla bu mümkündür", - diplomatik nümayəndəlik vurğulayıb.
Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov Rusiya neftinin qiymətlərinə yüksək qiymət həddi tətbiq etmək ideyasını qiymətləndirib. Ekspertin fikrincə, bu, Rusiyaya təzyiq baxımından faydasız olmaqla yanaşı, həm də ABŞ və Aİ-nin özü üçün zərərlidir.
Xatırladaq ki, ABŞ hakimiyyəti hesab edir ki, Rusiya nefti üçün yuxarı qiymət həddinin müəyyən edilməsi Moskvanın enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq üçün ən effektiv üsul olacaq. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0