Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Naxçıvana gedən ən qısa və iqtisadi cəhətdən sərfəli yol hansıdır?

Abunə olmaq
Bir müddət əvvəl Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasında görüş keçirilib. Görüşün nəticələri və nəqliyyat yollarının açılması haqqında videomuzda izləyə bilərsiniz.
Tərəflərin rəsmi bəyanatları belə təəssürat yaradır ki, bu dəfə bir çox məsələlər, xüsusən də Azərbaycan sərhədinin delimitasiyası üzrə qarşıdakı müzakirələrlə bağlı razılıq əldə olunub. Bunu Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib.
"Avropa tərəfi görüşü müsbət qiymətləndirib. Bu, onu deməyə əsas verir ki, ciddi irəliləyişlər var, lakin biz onların nə qədər ciddi olduğunu üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində komissiyaların üçtərəfli iclası çərçivəsində anlayacağıq", - deyə Hüseynov qeyd edib.
Komissiyaların fəaliyyətinə gəlincə, ekspert əmindir ki, delimitasiyanı yerinə yetirmək, heç olmasa sərhəd xəttinin şərti razılaşdırılmasını həyata keçirmək lazımdır.
Sputnik Azərbaycan-ın həmsöhbəti vurğulayıb ki, rəsmi Yerevan bu məsələdə irəliləyiş əldə etməkdə, daha doğrusu, bütün nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasında maraqlı olmalıdır.
Ekspert əminliklə bildirib ki, ən vacibi ən qısa və iqtisadi cəhətdən sərfəli marşrutun, yəni Mehridən İranla sərhəd boyunca Naxçıvana qədər olan yolun açılmasıdır.
"Ermənistan tərəfinin təklif etdiyi üç keçid məntəqəsindən danışarkən qeyd etmək lazımdır ki, ən maraqlı marşrut Laçına, oradan Qafana girişdir, Zəngəzuru keçib Naxçıvan ətrafından keçərək Türkiyə və İran sərhədlərinə çıxmaq olur, baxmayaraq ki, bu yol coğrafi cəhətdən mürəkkəbdir", - deyə Hüseynov fikrini yekunlaşdırıb.
Xəbər lenti
0