SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın 3 keçid məntəqəsi fikri Azərbaycanın Zəngəzur dəhlizi planlarına mane olurmu?

© SputnikZəngəzur, arxiv şəkli
Zəngəzur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Ekspert bildirib ki, Errmənistan tərəfi öz regionunun inkişafı üçün bizim layihələrə əngəl yaratmaq niyyəti ilə başqa formatlar fikirləşir.
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycandan Naxçıvana mümkün tranzit avtomobil marşrutları və qaydaları ilə bağlı işlər hazırlanma mərhələsindədir. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
Eyni zamanda, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə qeyd olunub ki, Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq. Belə ki, Kəlbəcər rayonu ilə sərhəddə "Zod", Sədərək rayonu ilə sərhəddə "Arazdəyən" və Qubadlı rayonu ilə sərhəddə "Eyvazlı" nəzarət-buraxılış məntəqələrinin açılması nəzərdə tutulur.
Sputnik Azərbaycan Ermənistanın təklif etdiyi üç keçid məntəqəsi ilə bağlı Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun fikirlərini öyrənib.
© Sputnik / Murad OrujovДиректор Центра истории Кавказа Ризван Гусейнов
Директор Центра истории Кавказа Ризван Гусейнов - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Директор Центра истории Кавказа Ризван Гусейнов
R.Hüseynov bildirib ki, Ermənistan tərəfi özünə sərf edən istiqamətlərdən keçid məntəqlərinin açılmasını təklif edir.
Ekspert onu da bildirib ki, Zəngəzur dəhlizi təkcə İran sərhədi ilə paralel olan yola deyilmir:

"Əslində bu dəhlizdən üç yol açılacaq. Bunlardan biri İran sərhədinə paralel olan yol, ikincisi Laçından gəlib Qafan istiqamətində gedən yol, üçüncüsü isə Göyçənin altında keçib gedən yoldur ki, bunlar vasitəsilə Zəngəzuru keçib Naxçıvana gedə bilərik".

Politoloq vurğulayıb ki, Azərbaycanın istədiyi ən qısa və rahat yoldur:
"Bu həm coğrafi, həm də məsafə baxımından ən rahatıdır. Ermənistan tərəfi öz regionunun inkişafı üçün bizim layihələrə əngəl yaratmaq niyyəti ilə başqa formatlar fikirləşir. Amma son nəticə etibarı ilə ən əlverişli yol hansıdırsa, Azərbaycan onu seçəcək və tələbinin üzərində dayanacaq. Hazırda isə bu, İran sərhədi ilə paralel keçib gedə yoldur".
Xəbər lenti
0