Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan yaşıl enerji necə ixrac edilə bilər?

© AFP 2023 / WILLIAM EDWARDSKülək
Külək - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Nərgiz Hacıyeva bildirir ki, TAP və TANAP boru kəmərlərinin gücünü artırmaqla yaşıl enerjini ixrac etmək mümkün olar, bunun üçün üçün ənənəvi enerji boru kəmərlərinin tutum ve ixrac gücünü artırrmaq lazımdır.
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Macarıstana yaşıl enerji ixrac edəcək. Maraqlıdır, Azərbaycanın yaşıl enerji ixracında potensialı nədir və bunu artırmaq üçün nələr etmək lazımdır?
İsveçrənin St Qallen Universitetinin İqtisadiyyat və siyasi Elmlər Məktəbinin alimi, yaşıl enerji üzrə ekspert, UNEC əməkdaşı Nərgiz Hacıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaşıl siyasətlə bağlı müxtəlif beynəlxalq və yeni layihələrdə fəal iştirak etmək lazımdır:
"Ölkədə tender layihələr elan olunmalıdır. Yaşıl iqtisadiyyatla bağlı beynəlxalq proqramlara layihələr təqdim olunmalıdır. Bu cür layihələrdə Azərbaycan əsas icraçı kimi də çıxış edə bilər"
Həmsöhbətimiz deyir ki, yaşıl enerji istehsalı və ixracını artırmaq üçün yalnız vahid dövlət modelinə deyil, hərtərəfli yanaşmaya köklənmək lazımdır:
"Yaşıl iqitsadiyyatda səmərəli dövlət modelləri toplanmalı, bunlardan hansının ölkəmiz üçün daha faydalı olması araşdırılmalıdır. Bundan başqa, çoxlu investisiyalar cəlb olunmalı, yaşıl zona təkminləşməli və bunun üçün lazımi texnologiyaların tətbiqi həyayat keçirilməlidir. Lakin qeyd edim ki, bizdə bu texnologiyaların azlığı problemləri var".
© pixabay / enriquelopezgarreDənizdə dalğalar, arxiv şəkli
Dənizdə dalğalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Dənizdə dalğalar, arxiv şəkli
O bildirir ki, bu kimi problemləri həll etdikdən, dərin radikal islahatlar həyata keçirildikdən sonra Azərbaycan yaşıl enerjidə də əsas ixracatçı ölkə olacaq:
"Hələlik isə biz sadəcə olaraq inkişafın fazasına doğru irəliləyirik. Düşünürəm ki, 5-10 il ərzində hədəflərə nail olacağıq".
Azərbaycanın Macarıstana yaşıl enerji ixracını təqdirəlayiq addım kimi dəyərləndirən ekspert bildirir ki, əməkdaşlıq etdiyimiz bu ölkə Mərkəzi Avropada yaşıl iqtisadiyyatı, enerjisinə görə ilk yerlərdə qərarlaşııb:

"Düşünürəm ki, tək Macarsıtan deyil, digər inkişaf etmiş ölkələrlə də bu istiqamətdə əlaqələr qurulmalıdır. Gürcüstan, Rumıniyadan başqa, Yunanıstan İtaliya Bolqarıstanla da əlaqələr qurmaq olar".

Potensialımız nədir?
Mütəxəssis bildirir ki, bir çox xarici ekspertlər də Daşkəsən, Abşeron, Qazax-Gəncə, Qarabağın çox yüksək səviyyədə yaşıl enerji potensialının olduğunu təsdiqləyirlər.
Alimin sözlərinə görə, Kəlbəcərdə yaşıl enerji potensialı olan mineral sulardan yaxın gələcəkdə yaşıl enerji kimi istifadə etmək olar:
"Qeyd edim ki, son zamanlar İsveçrədə Qarabağa maraq artıb. İsveçrənin Zürix, Lozanna universitetlərində Qarabağın yaşıl enerji potensialı ilə bağlı təlimlər keçərkən də bunu müşahidə edirəm".
Rentabelli olması üçün bu enerji necə ixrac edilə bilər?
N.Hacıyeva bildirir ki, TAP və TANAP boru kəmərlərinin gücünü artırmaqla yaşıl enerjini ixrac etmək mümkün olar:
"Ənənəvi enerji boru kəmərlərinin tutum ve ixrac gücünü artırrmaq lazımdır. Yəni bunun üçün təmizlənmiş suyun hidrogen və oksigenə bölünməsi lazımdır. Bu parçalanma elektroliz, elektrik cərəyanı vasitəsilə həyata keçirilə bilər. Daşınan enerjinin bərpa oluna biləcəyinə əmin olmaq üçün elektroliz külək, günəş və ya gelgit enerjisi ilə təmin edilməlidir. Bu da daha çox geoloji-kimyəvi prosesdir".
"Ümumiyyətlə, bu texnologiyaların hər biri müxtəlif yollarla işləyir. İstər günəş panellərində olduğu kimi günəşdən enerji götürməklə, istərsə də enerji yaratmaq üçün külək turbinlərindən və ya su axınından istifadə etməklə enerjini əldə etmək mümükündür".
Açıqlanmayan rəqəmlər isə problemə səbəb olur
Həmsöhbətimiz bildirir ki, Dövlət Statistika Komitəsində ixracla bağlı konkret rəqəmlərin olmaması yaşıl enerji ilə bağlı ümumi vəziyyəti dəyərləndirməyə mane olur.
N.Hacıyeva bildirir ki, TAP və TANAP boru kəmərlərinin gücünü artırmaqla yaşıl enerjini ixrac etmək mümkün olar:
"Ənənəvi enerji boru kəmərlərinin tutum ve ixrac gücünü artırmaq lazımdır".
"Bərpa olunan enerji mənbələrinin təmini üçün təmizlənmiş suyun hidrogen və oksigenə bölünməsi lazımdır. Bu parçalanma elektroliz, elektrik cərəyanı vasitəsilə həyata keçirilə bilər. Daşınan enerjinin bərpa oluna biləcəyinə əmin olmaq üçün elektroliz külək, günəş və ya gelgit enerjisi ilə təmin edilməlidir. Bu da daha çox geoloji-kimyəvi prosesdir", - deyə alim əlavə edib.
İqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov da deyir ki, yaşıl enerjinin istehsalı ilə bağlı rəqəmlərin az olması onun hansı hissəsinin ixracata ayrılacağı ilə bağlı proqnoz verməkdə çətinlik yaradır. Bu məsələ hökumətin müafiq qərarından asılı olacaq.
© SputnikElşad Məmmədov
Профессор UNEC, замдиректора Русской школы экономики Эльшад Мамедов   - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Elşad Məmmədov
Su ilə bağlı potensial daha yüksəkdir
İxracat potensialının artırılmasından danışan ekspert bildirir ki, yaşıl enerjinin əldə olunması, ixracı üçün qazın hidrogenə çevrilməsi və sonradan hidrogen üzərindən generasiyasını da həyata keçirmək olar:
"Bu amilə söykənsək, yaşıl enerji ilə bağlı rəqəmlər fərqli ola bilər. Yəni Azərbaycanın qazla bağlı potensialını yaşıl enerjiyə yönəltsək, rəqəmlər dəyişəcək".
O bildirir ki, su, Günəş, külək və atom generasiyası növlərindən üçü üzrə artıq fəaliyyətlər mövcuddur:

"Düşünürəm ki, bunlar arasında ən böyük potensial su generasiyası üzrədir. Yalnız Günəş və küləklə bağlı rəqəmləri təhlil etsək, düşünürəm ki, bu zaman böyük rəqəmlərdən danışa bilmərik. Lakin ümumilikdə Günəş, külək və su üzrə generasiyadan ümumilikdə 25-30 faiz yaşıl enerji əldə etmək olar. Buna uyğun olaraq ixracatı dəyərləndirmək olar".

"Mövcud vəziyyət onu deməyə əsas verir ki, uzun illər biz alternativ generasiyanın payının həlledici həddə çatmasını müşahidə etməyəcəyik", - deyə o əlavə edib.
© AFP 2023 / JEAN-FRANCOIS MONIERGünəş panelləri, arxiv şəkli
Солнечные панели, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Günəş panelləri, arxiv şəkli
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə TANAP və TAP layihələrinin ötürücülük gücünün artırılması perspektivləri haqda danışmışdı. O bildirmişdi ki, həyata keçirilən 470 meqavatlıq külək və günəş elektrik stansiyalarının istismara verilməsi ilə ildə qənaət ediləcək 330mln. kubmetr təbii qaz, həmçinin Xəzər dənizinin külək enerjisinin 2036-cı ilədək reallaşdırılması nəzərdə tutulan 7,2 GVt-lıq potensialı hesabına “yaşıl enerji” də Avropa ölkələrinə ixrac edilə bilər.
Quruda və suda Azərbaycanın enerji potensialı nədir və bunun necə artırmaq olar?
Energetik Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanın ümumilikdə quruda texniki-iqtisadi "yaşıl enerji" potensialı 27 QVt, dənizdə texniki potensialı isə 157 QVt həcmində qiymətləndirilir: "2030-cu ilədək ölkəmizin elektrik enerjisi üzrə qoyuluş gücündə "yaşıl enerji"nin payının 30%-a çatdırılması planlaşdırılır. Bu hədəfə nail olmaq üçün özəl investisiyaların cəlbi ilə layihələr həyata keçirilir. 470 meqavatlıq külək və günəş elektrik stansiyalarının təməlinin qoyulması buna misal ola bilər. 240 MVt gücündə daha bir günəş elektrik stansiyası layihəsinin reallaşdırılması planlaşdırılır".
"Eyni zamanda, ümumilikdə 4 QVt gücündə külək və günəş enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqavilələri də imzalanıb. Bütün bu güclərin həm daxili təlabatın ödənilməsi, həm də ixrac üçün istifadəsi nəzərdə tutulur. Adıçəkilən "yaşıl enerji" layihələrinin təmamilə özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılr".
Nazirlikdən bildirilir ki, "Yaşıl enerji" ixracı üçün bir neçə variant nəzərdən keçirilir:

"Bunlardan biri də gələcəkdə Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsi vasitəsi ilə elektrik enerjisi ixracıdır. Eyni zamanda, gələcəkdə bərpa olunan enerji vasitəsi ilə "yaşıl hidrogen" istehsalı və ixracı da nəzərdən keçirilən variantlardandır. Yəni ixrac ya elektrik enerjisi şəklində elektrik kabelləri vasitəsi ilə, ya da yaşıl hidrogen şəklində boru kəməri ilə həyata keçirilə bilər".

Qeyd edək ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanla bağlı vəziyyəti dəyərləndirərkən deyib ki, yaxın gələcəkdə Azərbaycan böyük miqdarda yaşıl elektrik enerjisi istehsal edəcək, enerji Gürcüstana, oradan isə Rumıniyaya sualtı boru kəməri ilə çatdırılacaq:
"Macarıstan bu genişmiqyaslı plana qoşulacaq, çünki layihənin Aİ tərəfindən dəstəklənməsi üçün azı iki üzv ölkənin iştirakı zəruridir. Beləliklə, Macarıstana yaşıl elektrik enerjisi nəql etmək mümkün olacaq. Bununla Macarıstan onu qismən istifadə edə, qismən də tranzit marşrutu rolunu oynaya biləcək".
XİN rəsmisinin sözlərinə görə, bu layihədə iştirak Budapeştə karbon neytrallığına görə qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək.
Xəbər lenti
0