https://sputnik.az/20220901/terterde-kustar-usulla-neft-elde-edilmesi-fakti-askarlanib-445577857.html
Tərtərdə kustar üsulla neft əldə edilməsi faktı aşkarlanıb
Tərtərdə kustar üsulla neft əldə edilməsi faktı aşkarlanıb
Sputnik Azərbaycan
Qanunsuz fəaliyyətlə məşğul olan şəxslər 20 quyudan yanğın təhlükəsizliyinin tələblərinə zidd olaraq neft əldə ediblər. 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T11:05+0400
2022-09-01T11:05+0400
2022-09-01T11:05+0400
tərtər
cəmiyyət
qanunsuz
neft
hasilat
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558122_0:38:3072:1766_1920x0_80_0_0_000997d5fb816c843332e216c73ac1d6.jpg
BAKI, 1 sentyabr — Sputnik. Tərtər rayonunun Seydimli kəndi ərazisində uzun müddət konservə edilmiş neft quyularından qeyri-qanuni yolla kustar üsulla nefti əldə edərək kanistrlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən edilib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən 20-yə yaxın quyudan kustar üsulla, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq neftin əldə edilməsi, yaşayış yerinin həyətyanı sahəsində yığılması və daşınması yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları"nın müvafiq maddələrinin tələblərinə zidd olaraq xam neftin qanunsuz yığımını, saxlanmasını və daşınmasını təşkil etmiş Hüseynov Nazim Şirin oğlu və Hümbətəliyev Eyvaz Cəbrayıl oğlu barəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558122_341:0:3072:2048_1920x0_80_0_0_3bbb5df757e51e3fdb24c2b78c7129cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tərtər, qanunsuz, neft, hasilat
tərtər, qanunsuz, neft, hasilat
Tərtərdə kustar üsulla neft əldə edilməsi faktı aşkarlanıb
Qanunsuz fəaliyyətlə məşğul olan şəxslər 20 quyudan yanğın təhlükəsizliyinin tələblərinə zidd olaraq neft əldə ediblər.
BAKI, 1 sentyabr — Sputnik. Tərtər rayonunun Seydimli kəndi ərazisində uzun müddət konservə edilmiş neft quyularından qeyri-qanuni yolla kustar üsulla nefti əldə edərək kanistrlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən 20-yə yaxın quyudan kustar üsulla, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq neftin əldə edilməsi, yaşayış yerinin həyətyanı sahəsində yığılması və daşınması yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.
Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları"nın müvafiq maddələrinin tələblərinə zidd olaraq xam neftin qanunsuz yığımını, saxlanmasını və daşınmasını təşkil etmiş Hüseynov Nazim Şirin oğlu və Hümbətəliyev Eyvaz Cəbrayıl oğlu barəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.