Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pensiyalar artırılmalıdır - Ekspert

© Sputnik / Elvin AhmadƏlində manatlar olan qadın, arxiv şəkli
Əlində manatlar olan qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
İqtisadçının fikrincə, pensiyaların ölkədə qalxması üçün zəmin var. Belə ki, hər il pensiyalar indeksləşdirilərək artırılır. Amma təkcə indeksasiya kifayət deyil.
BAKI, 31 avqust — Sputnik. "Azərbaycanda pensiyalar artırılmalıdır. Pensiyaçıların əsas xərc büdcəsində ərzaq, dərman və kommunal xərclər əhəmiyyətli rol oynayır. Xüsusən son dövrlər ərzaq xərcləri artıb". Bunu iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a pensiyaların qaldırılması məsələsindən danışarkən deyib.
O bildirib ki, pensiyaçılar cəmiyyətin sosial cəhətdən zəif təbəqəsi olduğuna, yerli istehsalın əsas alıcılarından olduğuna və digər səbəblərə görə pensiyalar qalxmalıdır:
"Bu, iqtisadiyyatda işgüzar aktivliyin yüksək səviyyədə saxlanması üçün də faydalıdır. Pensiyaların artırılması onların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxardır".
© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Xalid Kərimli
Dünyada inflyasiya meyilləri səngimir
Ekspert qeyd edib ki, pensiyaların qalxması üçün zəmin var:

"Son 7 ayda ərzaq qiymətləri 21 faiz yüksəlib. Avqust ayında da bu artımın davam edəcəyi gözlənilir. Hər il bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılır. Amma təkcə indeksasiya kifayət deyil. Ölkədə həm minimum əməkhaqqının, həm də minimum pensiyanın artırılmasına ehtiyac var. Hələ də dünyada inflyasiya meyilləri səngimir".

Mütəxəssisin sözlərinə görə, ölkədə pensiya islahatları hazırda da davam etdirilir.
"Pensiya, müavinət məsələsi cəmiyyətin, dövlətin imkanlarından asılıdır. Pensiya təminatı təkcə dövlətdən asılı deyil. İnsanlar da işləyən zaman öz pensiya təminatını təşkil etməlidirlər", - deyə o əlavə edib.
Əhalinin 11,5 faizi pensiya alır
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 159,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 11,5 faizini təşkil edir. Onların 60,5 faizi yaşa, 26,6 faizi əlilliyə, 12,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 10,9 faiz artaraq 368 manat təşkil edib və orta aylıq əməkhaqqının 44,5 faizinə bərabər olub.
2022-ci ilin 1 yanvar tarixindən əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 240 manat müəyyən olunub.
Pensiyalar indeksləşdirilərək artırılıb
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin sərəncamları ilə 2022-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla digər əmək pensiyaçılarına 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına isə 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunub.
Yaşa görə müavinət alanların sayı artıb
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2022-ci il iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 124,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 109,2 min) nəfər, əlilliyə görə 52,2 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 210,4 min (müvafiq olaraq 54,4 min və 212,9 min) nəfər, ailə başçısını itirməyə görə 53,2 min (48,8 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,5 min (23,7 min) nəfər təşkil edib.
© Sputnik / Ilham MustafayevTovuzun İbrahimhacılı və Qovlar kəndində
Tovuzun İbrahimhacılı və Qovlar kəndində - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Tovuzun İbrahimhacılı və Qovlar kəndində
Aylıq müavinətlər...
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 207 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 5,8 min ailəsinə 9,1 min uşaq üçün aylıq müavinət verilib.
Bundan əlavə, 2082 nəfər bir yaşınadək uşağı olan 2011 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 10 uşağa görə 9 ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 10,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 327 şəxsə isə kompensasiya verilib.
Cari ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 27,7 min ailəyə 29,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,7 min nəfərə birdəfəlik müavinət verilib.
Ünvanlı sosial yardım
2022-ci il iyulun 1-i vəziyyətinə 39,6 min aztəminatlı ailənin 174,6 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 78,42 manat təşkil edib.
Bunlarla yanaşı, cari ilin iyulun 1-i vəziyyətinə müxtəlif kateqoriyadan olan 376,8 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.
Xəbər lenti
0