https://sputnik.az/20220831/masallidaki-yanginin-qesden-toredilmesi-ehtimali-var---vdeo-445506666.html
Masallıdakı yanğının qəsdən törədilməsi ehtimalı var - VİDEO
Masallıdakı yanğının qəsdən törədilməsi ehtimalı var - VİDEO
Sputnik Azərbaycan
Yanğının başvermə səbəblərinin araşdırılması üçün FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar. 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T10:55+0400
2022-08-31T10:55+0400
2022-08-31T10:55+0400
yanğın
cəmiyyət
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427630278_0:163:2730:1699_1920x0_80_0_0_d68251c8e430ce4713bb9df302f8433b.jpg
BAKI, 31 avqust — Sputnik. Masallı rayonunda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür.Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilib.Qeyd olunur ki, 28 avqust 2022-ci il tarixində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb:"Eyni zamanda, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar. İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb"."Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş verən ərazidən götürülən nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb", - deyə verilən məlumatda bildirilib.
https://sputnik.az/20220831/zaqatala-ve-sabranda-dagliq-meselik-erazide-yanginlar-davam-edir-445530435.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427630278_0:0:2730:2048_1920x0_80_0_0_8ffb7f23a2f908c3be8881d76f41affe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yanğın, fövqəladə hallar nazirliyi
yanğın, fövqəladə hallar nazirliyi
Masallıdakı yanğının qəsdən törədilməsi ehtimalı var - VİDEO
Yanğının başvermə səbəblərinin araşdırılması üçün FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar.
BAKI, 31 avqust — Sputnik. Masallı rayonunda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilib.
Qeyd olunur ki, 28 avqust 2022-ci il tarixində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb:
"Eyni zamanda, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar. İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb".
"Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş verən ərazidən götürülən nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb", - deyə verilən məlumatda bildirilib.