Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrovdan Üçtərəfli İşçi Qrupun razılığa gəlməsi barədə açıqlama

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian (sağda) Moskvada görüş zamanı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian (sağda) Moskvada görüş zamanı - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Rusiya xarici işlər naziri bildirib ki, İşçi Qrup razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib.
BAKI, 31 avqust — Sputnik. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli İşçi Qrupu razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiyalı nazir Cənubi Qafqazda iqtisadi, ticarət əlaqələrinin və nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan baş naziri müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrupun məşğul olduğunu xatırladıb:
"Bu İşçi Qrup Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiya ilə eyni zamanda ritmik çalışır. Bu günlərdə həmin qrupun növbəti təması gerçəkləşdi. İşçi Qrup razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib. Ümid edirəm ki, ən yaxın vaxtda razılaşmalar formalaşdırılacaq. Xüsusən vacib olan odur ki, bu iş vakumda aparılmır, təcrid olunmayıb, sıx əlaqədə aparılır".
Rusiya XİN başçısı iranlı həmkarı ilə Moskva, Bakı və Tehran arasında Rəşt-Astara dəmiryolunun bərpası ilə bağlı aparılan müzakirələrdən də danışıb:
"Sentyabrda bununla bağlı profil strukturların görüşü planlaşdırılır. Mənə elə gəlir ki, bu proses praktiki planda olduqca irəliləyib".
Xəbər lenti
0