https://sputnik.az/20220830/neft-bazarinda-dalgalanma-445504602.html
Neft bazarında dalğalanma
Neft bazarında dalğalanma
Sputnik Azərbaycan
OPEC+ ölkələri nazirlərinin 32-ci iclası sentyabrın 5-də keçiriləcək. ABŞ-ın strateji neft ehtiyatları 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T12:46+0400
2022-08-30T12:46+0400
2022-08-30T12:57+0400
neft
neft-qaz
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558310_0:242:3072:1970_1920x0_80_0_0_9e1b73e8f26e1b0685cc8f2169769616.jpg
BAKI, 30 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,63 dollar azalaraq 104,46 dollar təşkil edib. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 96,8 dollar olub.Qeyd edək ki, ötən həftə ABŞ-ın strateji xam neft ehtiyatları azalaraq 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, ABŞ-ın strateji neft ehtiyatları həftəlik 3,1 milyon barel azalaraq 450 milyon barelə düşüb. ABŞ-da neft ehtiyatları ilə bağlı məlumatlar qiymətlərə təsir göstərir. Ümumiyyətlə isə neftin qiymətləri qlobal iqtisadi artımın yavaşlayacağı narahatlığı ilə artıq üçüncü aydır ki, ucuzlaşır.Xatırladaq ki, ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 100,73 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,89 faiz çoxdur. Bu il Azərbaycan neftinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb. Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir."Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik", - deyə o bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558310_341:0:3072:2048_1920x0_80_0_0_ca39527e71a011fd99983945c9dfbc8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət
Neft bazarında dalğalanma
12:46 30.08.2022 (Yenilənib: 12:57 30.08.2022) OPEC+ ölkələri nazirlərinin 32-ci iclası sentyabrın 5-də keçiriləcək. ABŞ-ın strateji neft ehtiyatları 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.
BAKI, 30 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,63 dollar azalaraq 104,46 dollar təşkil edib. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 96,8 dollar olub.
Qeyd edək ki, ötən həftə ABŞ-ın strateji xam neft ehtiyatları azalaraq 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, ABŞ-ın strateji neft ehtiyatları həftəlik 3,1 milyon barel azalaraq 450 milyon barelə düşüb. ABŞ-da neft ehtiyatları ilə bağlı məlumatlar qiymətlərə təsir göstərir. Ümumiyyətlə isə neftin qiymətləri qlobal iqtisadi artımın yavaşlayacağı narahatlığı ilə artıq üçüncü aydır ki, ucuzlaşır.
Xatırladaq ki, ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 100,73 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,89 faiz çoxdur. Bu il Azərbaycan neftinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb. Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.
"Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik", - deyə o bildirib.