https://sputnik.az/20220830/lacin-seheri-zabux-ve-sus-kendlerine-elektrik-enerjisi-verilib-445515625.html
Laçın şəhəri, Zabux və Sus kəndlərinə elektrik enerjisi verilib
Laçın şəhəri, Zabux və Sus kəndlərinə elektrik enerjisi verilib
Sputnik Azərbaycan
Hazırda qeyd olunan ərazilərdə paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları müəyyən tədbirlər həyata keçirirlər. 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T15:51+0400
2022-08-30T15:51+0400
2022-08-30T15:57+0400
laçın
qarabağ
elektrik enerjisi
şəhər
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442710299_0:0:413:232_1920x0_80_0_0_4eda18d99d63a2b4639d632665ced94d.jpg
BAKI, 30 avqust — Sputnik. Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirə salınmaz işlərə başlanılıb.“AzərEnerji” tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb. "Report"un xəbərinə görə, əraziyə transformatorlar, lazımi avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılıb, ölkənin enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edərək digər zəruri tədbirləri həyata keçirirlər.Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.Avqustun 25-də isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.Avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bununla bağlı Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442710299_0:0:309:232_1920x0_80_0_0_c3f8041192d050c6fb9fb431c6292acf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, elektrik enerjisi, şəhər
laçın, elektrik enerjisi, şəhər
Laçın şəhəri, Zabux və Sus kəndlərinə elektrik enerjisi verilib
15:51 30.08.2022 (Yenilənib: 15:57 30.08.2022) Hazırda qeyd olunan ərazilərdə paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları müəyyən tədbirlər həyata keçirirlər.
BAKI, 30 avqust — Sputnik. Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirə salınmaz işlərə başlanılıb.
“AzərEnerji” tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb. "Report"un xəbərinə görə, əraziyə transformatorlar, lazımi avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılıb, ölkənin enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.
Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edərək digər zəruri tədbirləri həyata keçirirlər.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.
Avqustun 25-də isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.
Avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bununla bağlı Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.