Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah Azərbaycanda temperatur 40 dərəcəyədək artacaq

© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində
Varlı Həyat kəndində - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, temperatur gecə 18-23°, gündüz 34-39° isti olacaq.
BAKI, 29 avqust — Sputnik. Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-65%, gündüz 25-30% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.
Xəbər lenti
0