https://sputnik.az/20220829/emin-emrullayevin-adindan-yayilan-fikirler-tekzib-olundu-445483756.html
Emin Əmrullayevin adından yayılan fikirlər təkzib olundu
Emin Əmrullayevin adından yayılan fikirlər təkzib olundu
Sputnik Azərbaycan
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri bildirib ki, bir çox sosial media hesablarında görüşlə bağlı səsləndirilən yanlış fikirlər kontekstdən... 29.08.2022, Sputnik Azərbaycan
2022-08-29T16:33+0400
2022-08-29T16:33+0400
2022-08-29T16:33+0400
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433801_0:0:2000:1125_1920x0_80_0_0_98149a0165a71f06cfa7acde7f90127e.jpg
BAKI, 29 avqust — Sputnik. Elm və Təhsil Nazirliyi nazir Emin Əmrullayevin Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşdə "Məktəblər təhsil vermir və biz bunu bilirik" deməsi barədə iddialara münasibət bildirib.Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bir çox sosial media hesablarında görüşlə bağlı səsləndirilən yanlış fikirlərin kontekstdən çıxarıldığını və həqiqətə uyğun olmadığını deyib.Onun sözlərinə görə, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb:"Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib. Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq".Qeyd edək ki, görüşlə bağlı yayılan iddialara görə, orada iştirak edən direktorlardan biri mətbuata həmin tədbirlə bağlı məlumat verib. İddia olunub ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib: "Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433801_114:0:1887:1330_1920x0_80_0_0_09c8826cdc98bf6cf6bb7c239672360e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
emin əmrullayev, elm və təhsil nazirliyi
emin əmrullayev, elm və təhsil nazirliyi
Emin Əmrullayevin adından yayılan fikirlər təkzib olundu
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri bildirib ki, bir çox sosial media hesablarında görüşlə bağlı səsləndirilən yanlış fikirlər kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil.
BAKI, 29 avqust — Sputnik. Elm və Təhsil Nazirliyi nazir Emin Əmrullayevin Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşdə "Məktəblər təhsil vermir və biz bunu bilirik" deməsi barədə iddialara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bir çox sosial media hesablarında görüşlə bağlı səsləndirilən yanlış fikirlərin kontekstdən çıxarıldığını və həqiqətə uyğun olmadığını deyib.
Onun sözlərinə görə, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb:
"Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib. Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq".
Qeyd edək ki, görüşlə bağlı yayılan iddialara görə, orada iştirak edən direktorlardan biri mətbuata həmin tədbirlə bağlı məlumat verib. İddia olunub ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib: "Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər".