https://sputnik.az/20220826/berdede-mektebli-qiza-qarsi-zorakiliq-ederek-videoya-cekenler-saxlanildilar-445404950.html
Bərdədə məktəbli qıza qarşı zorakılıq edərək videoya çəkənlər saxlanıldılar
Bərdədə məktəbli qıza qarşı zorakılıq edərək videoya çəkənlər saxlanıldılar
Sputnik Azərbaycan
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb. 26.08.2022, Sputnik Azərbaycan
2022-08-26T13:55+0400
2022-08-26T13:55+0400
2022-08-26T13:55+0400
həbs
cəmiyyət
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 26 avqust — Sputnik. Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər barəsində cinayət işi açılıb.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Bundan sonra qızın yaşadığı kənddə qarşıdurma yaşanıb. İşə Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə Rayon Polis Şöbəsi qarışıb. Rayon rəhbərliyi, eləcə də rayonun Ağsaqqallar Şurasının sədri həmin kəndə gedib.Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər. Onlar həmin 4 nəfərin kəndi birdəfəlik tərk etməsini tələb ediblər. Kəndin digər sakinləri də bu tələbə qoşulublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
həbs, cinayət məcəlləsi
Bərdədə məktəbli qıza qarşı zorakılıq edərək videoya çəkənlər saxlanıldılar
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.
BAKI, 26 avqust — Sputnik. Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər barəsində cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Bundan sonra qızın yaşadığı kənddə qarşıdurma yaşanıb. İşə Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə Rayon Polis Şöbəsi qarışıb. Rayon rəhbərliyi, eləcə də rayonun Ağsaqqallar Şurasının sədri həmin kəndə gedib.
Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər. Onlar həmin 4 nəfərin kəndi birdəfəlik tərk etməsini tələb ediblər. Kəndin digər sakinləri də bu tələbə qoşulublar.