Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Xocəsən" metrostansiyasına rəis təyin edilib

Bakıda stansiyanın tikintisi - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
"Bənövşəyi" xəttə aid olan və sayca 27-ci olan "Xocahəsən" stansiyası bu ilin sonunadək istismara veriləcək.
BAKI, 25 avqust — Sputnik. "Bakı Metropoliteni" QSC-nin tikintisi yekunlaşan, şərti adı "Xocəsən" olan stansiyasına rəis təyin edilib.
Bununla bağlı səhmdar cəmiyyətin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.
Qeyd edək ki, S.Vəliyev bundan əvvəl "Nəriman Nərimanov" metrostansiyasının rəisi olub. S.Vəliyevin yerinə isə təyinat olmayıb və burada rəis vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavininə tapşırılıb.
Xatırladaq ki, metronun 3 xəttindən biri - "Bənövşəyi" xəttə aid olan və sayca 27-ci olan "Xocahəsən" stansiyası bu ilin sonunadək istismara veriləcək. Hazırda stansiyada tamamlama işləri aparılır.
Xəbər lenti
0