https://sputnik.az/20220823/qezali-mektebler-barede-nazirden-aciqlama-445291089.html
Qəzalı məktəblər barədə nazirdən açıqlama
Qəzalı məktəblər barədə nazirdən açıqlama
Sputnik Azərbaycan
Emin Əmrullayev qeyd edib ki, planda kiçik komplektli məktəblərin tikilməsi var. 23.08.2022, Sputnik Azərbaycan
2022-08-23T15:40+0400
2022-08-23T15:40+0400
2022-08-23T15:48+0400
məktəb
təhsil
emin əmrullayev
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0c/437178892_0:0:1920:1080_1920x0_80_0_0_5d8f01040570ac75c2ef4f3820da36b2.jpg
BAKI, 23 avqust — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi qəzalı məktəblərin təmiri və yenidən inşa olunması məsələsinə münasibət bildirib. Nazir bildirib ki, qəzalı məktəblərlə bağlı problemi birdən-birə aradan qaldırmaq mümkün deyil: "Qəzalı olan məktəblərimiz var. Lakin hamısını bir gündə təmir etmək mümkün deyil".Onun sözlərinə görə, hər il 60-a yaxın məktəb təmir edilir və ya yenidən tikilir: "Həmçinin modul tipli məktəblər də tikilir. Hazırda kiçik komplektli məktəblərin tikilməsi üçün planlar var. Bu olsa, daha çox yeni məktəb tikə bilərik".Nazir həmçinin ucqar yerlərdə müəllimlərin yerləşdirilməsi ilə bağlı məsələni də şərh edib: "4400 məktəbin təxminən 70 faizi bölgələrdə, kəndlərdə yerləşir. Ora kimsə gedib dərs deməlidir. Bizim müəllim problemimiz yoxdur, sadəcə ora getmək istəyi ilə bağlı problemimiz var. Təcrübə bunu göstərir ki, biz həmişə yerləri 97-98 faiz doldura bilirik. Ucqar yerlərdə işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirləri də tətbiq olunur, kompensasiyalar ödənilir".Emin Əmrullayev işğaldan azad olunmuş bölgələrdə müəllimlərin işə qəbulundan da danışıb. Bildirib ki, artıq Zəngilanın Ağalı kənd məktəbinə də işə qəbul prosesinə başlanılıb: "Təbii ki, müvafiq keyfiyyət göstəricisinə cavab verən həmin bölgədən olan müəllimləri ora qaytarmaq prioritet məsələmizdir. Bununla bağlı ayrıca proqramımız, hesablamalarımız var".
https://sputnik.az/20220823/muellim-ve-mekteb-direktorlari-artimdan-sonra-ne-qeder-maas-alacaqlar-nazir-aciqladi-445283913.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0c/437178892_240:0:1680:1080_1920x0_80_0_0_4a45f228fb631b8ec6e7e1bf7017cb0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, emin əmrullayev
Qəzalı məktəblər barədə nazirdən açıqlama
15:40 23.08.2022 (Yenilənib: 15:48 23.08.2022) Emin Əmrullayev qeyd edib ki, planda kiçik komplektli məktəblərin tikilməsi var.
BAKI, 23 avqust — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi qəzalı məktəblərin təmiri və yenidən inşa olunması məsələsinə münasibət bildirib. Nazir bildirib ki, qəzalı məktəblərlə bağlı problemi birdən-birə aradan qaldırmaq mümkün deyil: "Qəzalı olan məktəblərimiz var. Lakin hamısını bir gündə təmir etmək mümkün deyil".
Onun sözlərinə görə, hər il 60-a yaxın məktəb təmir edilir və ya yenidən tikilir: "Həmçinin modul tipli məktəblər də tikilir. Hazırda kiçik komplektli məktəblərin tikilməsi üçün planlar var. Bu olsa, daha çox yeni məktəb tikə bilərik".
Nazir həmçinin ucqar yerlərdə müəllimlərin yerləşdirilməsi ilə bağlı məsələni də şərh edib: "4400 məktəbin təxminən 70 faizi bölgələrdə, kəndlərdə yerləşir. Ora kimsə gedib dərs deməlidir. Bizim müəllim problemimiz yoxdur, sadəcə ora getmək istəyi ilə bağlı problemimiz var. Təcrübə bunu göstərir ki, biz həmişə yerləri 97-98 faiz doldura bilirik. Ucqar yerlərdə işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirləri də tətbiq olunur, kompensasiyalar ödənilir".
Emin Əmrullayev işğaldan azad olunmuş bölgələrdə müəllimlərin işə qəbulundan da danışıb. Bildirib ki, artıq Zəngilanın Ağalı kənd məktəbinə də işə qəbul prosesinə başlanılıb: "Təbii ki, müvafiq keyfiyyət göstəricisinə cavab verən həmin bölgədən olan müəllimləri ora qaytarmaq prioritet məsələmizdir. Bununla bağlı ayrıca proqramımız, hesablamalarımız var".