Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı - FOTO-VİDEO

© Sputnik / Zulfiyya GuluyevaBakıda məktəbli yarmarkaları
Bakıda məktəbli yarmarkaları - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Əsasən metro stansiyalarının çıxışında quraşdırılan çadır tipli yarmarkalar sentyabrın 25-nə qədər fəaliyyət göstərəcək.
BAKI, 23 avqust — Sputnik. Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb.
Yarmarkaların məqsədi yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, çadır tipli yarmarkalar sentyabrın 25-nə qədər fəaliyyət göstərəcək. Bakı şəhər İcra Hakimiyyətindən o da bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.
Apardığımız müşahidələr zamanı öyrəndik ki, yarmarkada qiymətlər məhsulun keyfiyyətinə və istehsal olunduğu ölkəyə görə dəyişir. Belə ki, hazırda məktəbli yarmarkalarında ən ucuz qələmin qiyməti 10 qəpikdir. Qələmlərin qiyməti – 60 qəpiyə qədər dəyişir. Dəftərlərin qiyməti isə 20 qəpikdən 90 qəpiyə qədərdir. Məktəbli yarmarkasında pozan 20-70 qəpik arası, su qabı 7 manatdan – 15 manatadəkdir. Məktəblinin ən vacib ləvazimatı olan məktəbli çantası isə 12 manatdan başlayır. Qiymətlər 40 manatadək dəyişir.
© Sputnik / Zulfiyya GuluyevaBakıda məktəbli yarmarkaları
Bakıda məktəbli yarmarkaları - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Bakıda məktəbli yarmarkaları
Məktəbli yarmarkalarında hələki qələbəlik olmasa da, qiymətlər məktəb ləvazimatlarının satıldığı mağazalarla müqayisədə nisbətən ucuzdur. Satıcılar bildirdilər ki, yarmarkalara daha çox ucuz məktəbli ləvazimatları çıxardılıb.
Bakıda məktəbli formalarının satışı - Sputnik Azərbaycan, 1920, 17.08.2022
CƏMİYYƏT
Məktəbli formalarının satışına başlanıldı - Valideynlər qiymətlərdən narazıdır - VİDEO
Xəbər lenti
0