DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna limanlarından yüklə dolu daha 4 gəmi yola düşüb

© Sputnik Максим Дурнев / Mediabanka keçidRazoni gəmisi
Razoni gəmisi - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
On dörd min ton şəkər çuğunduru daşıyan "Da Liang" ("Da Ling") quru yük gəmisi Cənubi Koreyanın Kunsan limanına yollanır.
BAKI, 21 avqust – Sputnik. Avqustun 21-i səhər saatlarında Ukraynanın Odessa, Çernomorsk və Yujnı limanlarından kənd təsərrüfatı məhsulları daşıyan 4 gəmi yola düşüb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
14 min ton şəkər çuğunduru daşıyan "Da Liang" ("Da Ling") quru yük gəmisi Cənubi Koreyanın Kunsan limanına yollanır. Filyoz ("Filyoz") 5 min ton bitki yağı, Kubroslı Y ("Kubrosli") 10 min ton buğda, "Foyle" ("Foyle") quru yük gəmisi 4,3 min ton bitki yağı daşıyır. Gəmilərin hHamısı Türkiyəyə gedir.
Gəmilərin çıxışı daha əvvəl İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) tərəfindən təsdiqlənmişdi. Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı BKM nümayəndələrinin nəzarətində olan humanitar dəhliz vasitəsilə həyata keçirilir. Boğaza girməzdən əvvəl hər gəmini yoxlanır. Bənzər tədbirlər Ukraynaya gedən boş yük daşıyıcılarına da tətbiq edilir.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bu gün Ukraynaya doğru irəliləyəcək beşi boş olmaqla altı gəminin yoxlanılması planlaşdırılır.
Министр обороны РФ Сергей Шойгу (слева) и министр обороны Турции Хулуси Акар во время встречи в Анкаре, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.08.2022
DÜNYA XƏBƏRLƏRİ
Hərbçilərin humanitar anlaşması: Sabah Ukrayna limanlarından dörd taxıl yüklü gəmi çıxacaq
Xəbər lenti
0