CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meşə yanğınlarında "Azəriqaz"a dəyən zərər müəyyən ediləcək

© AFP 2024 / YASIN AKGULЛесной пожар в Турции, фото из архива
Лесной пожар в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndində 1000 abonentə qazın verilişi dayandırılıb.
BAKI, 19 avqust — Sputnik. Meşə yanğınları nəticəsində SOCAR "Azəriqaz" İstehsalat Birliyinə dəyən ziyanın həcmi yanğınlar başa çatdıqdan və lazımi təftiş işləri keçiriləndən sonra müəyyən ediləcək.
Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, ilkin olaq "Azəriqaz"a indiyədək dəyən ziyan çox boyük deyil, lakin dəyən ziyanın tam həcmi təftiş və yoxlamaların aparılmasından sonra müəyyən olunacaq.
Ruslan Əliyev onu da əlavə edib ki, yanğınların nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə (1 000 abonentə yaxın) qazın verilişi dayandırılıb.
Qeyd edək ki, bir neçə gündür ki, meşə yanğınları Azərbaycanı cənginə alıb. Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahələrində yanğınlar baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Şabran rayonunun Zöhrəmli kəndi ərazisində biçilmiş taxıl sahələrində baş verən yanğınlar nəticəsində bir neçə ev yanıb, FHN-in 10-dan artıq yanğınsöndürən avtomobili, canlı qüvvəsi və Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi də cəlb olunub.
Azərsun Sənaye Parkı”nın ərazisində yanğın  - Sputnik Azərbaycan, 1920, 19.08.2022
CƏMİYYƏT
Azərbaycanda meşə yanğınları niyə geniş vüsət alıb?
Xəbər lenti
0