NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qara qızıl" cüzi bahalaşıb

© AP Photo / Jae C. HongНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar "qara qızıl"ın qiymətinə təsir edir.
BAKI, 18 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,13 dollar artaraq 93,78 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,07 dollar bahalaşaraq 88,18 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin qiyməti 0,5 dollar artaraq 94,61 dollar olub.
Ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları 448 min barel azalıb. Analitiklər isə ABŞ-ın neft ehtiyatlarının 117 min barel azalacağını proqnozlaşdırmışdı. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar "qara qızıl"ın qiymətinə təsir edir.
Qeyd edək ki, son aylar bir bareli 100 dollardan yüksək təklif edilən "qara qızıl" indi 94 dollardan ucuz satılır. Son 1 ayda neftin qiyməti 13 faizə yaxın aşağı düşüb. Neftin qiymətindəki azalmalar daha çox qlobal iqtisadiyyatında müşahidə olunan durğunluq ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Xəbər lenti
0