CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Özünüzü günvurmadan qoruyun!

© AP Photo / Charlie RiedelGün
Gün  - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev deyib ki, on gün ərzində 7 nəfəri gün vurub.
BAKI, 18 avqust — Sputnik. Avqustun 7-dən bu günə kimi təcili tibbi yardıma günvurma ilə əlaqədar 6 nəfər müraciət edib.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev deyib.
O qeyd edib ki, onlardan 3-ü hospitalizasiya olunub, 3-nə isə yerində yardım göstərilib.
"Hospitalizasiya olunanlardan 1-i azyaşlıdır. Hazırda onların vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə o əlavə edib.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi (FHN) ötən həftə ölkədəki hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə deyilir ki, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 42 dərəcəyə çatacağı gözlənilir. Belə hava şəraitində günvurma təhlükəsindən qorunmaq üçün açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.
Xəbər lenti
0