DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ukrayna böhranında özünü günahsız göstərməklə dünyanı aldada bilməz - Çin nəşri

© AFP 2024 / Wakil KohsarABŞ hərbçisi
ABŞ hərbçisi - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Nəşrin icmalçısı vurğulayıb ki, Ukraynada münaqişənin "qızışdırılması" məhz Vaşinqton tərəfindən həyata keçirilib.
BAKI, 18 avqust — Sputnik. ABŞ hegemonluğunu saxlamaq üçün Ukrayna böhranını "qəsdən yaradıb və qızışdırıb", sonra isə günahı Rusiyanın üzərinə atmağa çalışıb. Lakin Vaşinqton dünyanı aldada bilməyəcək. Çinin "Zjunqo Çzyunvan" nəşrində icmalçı Se Linlin məqaləsində bundan bəhs edilir.
Linlin yazır: "Ukrayna böhranı Amerika hökumətinin "tonqala odun atmaqda" davam etməsinin nəticəsidir və bu, həm də ABŞ-ın öz hegemonluğunu dəstəkləmək üçün qəsdən yaratdığı və qızışdırdığı münaqişədir. ABŞ özünü günahsız kimi göstərməyə çalışsa da, beynəlxalq ictimaiyyəti aldada bilməz".
Onun sözlərinə görə, Ağ Ev Kremldən cavab tədbirləri bəhanəsi ilə Ukraynadakı vəziyyətdən istifadə edərək Avropa İttifaqı ölkələrinə təsirini artırır. Jurnalist, NATO-nun Rusiyanın xüsusi əməliyyatına qədər şərqə doğru genişləndiyini, prosesin əməliyyatdan sonra da davam etdiyini diqqətə çatdırıb.
Daha əvvəl yazıldığı kimi Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, "kollektiv Qərb" Avropanın təhlükəsizlik sistemini məqsədyönlü şəkildə dağıdır. Dövlət başçısının sözlərinə görə, "NATO "təhlükəsizliyin gücləndirilməsi" adı altında şərq istiqamətində irəliləyir, amma əslində bu, yalnız sabitliyin əsaslarını sarsıdır", - deyə Putin bildirib.
Vladimir Putin, həmçinin, ABŞ-ın Ukraynadakı münaqişəni uzatmağa çalışdığına dair fikir bildirib ki, bunu mövcud vəziyyət də sübut edir. Rusiya lideri əmindir ki, bu yolla ABŞ hakimiyyəti ölkə əhalisini rekord inflyasiya və benzinin rekord həddə çatan qiymətləri kimi öz daxili problemlərindən yayındırmağa çalışır.
Xəbər lenti
0