Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qərb ölkələrinə "qorxulu xəbərdarlıq" edib

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
"Daily Express" Putinin müttəfiqlərə atıcı silahlardan tutmuş zirehli texnika, artilleriya, eləcə də hərbi təyyarələr və pilotsuz uçuş aparatları kimi ən müasir silah növlərini əldə etməyi təklif etdiyinə diqqət çəkib.
BAKI, 17 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Ordu-2022" forumunda Qərb ölkələrinə "qorxuducu xəbərdarlıq" edərək, ölkənin müttəfiqlərini silahla təmin edəcəyinə işarə edib. Jurnalist Metyu Duli bu barədə "Daily Express"də dərc etdirdiyi məqalədə yazır.
"Qərb uzun müddətdir ki, İran və ya Şimali Koreya kimi ölkələrin müasir və güclü silahlar əldə etməsinə mane olmağa çalışır. Bununla belə, Putin açıq şəkildə bildirdi ki, Moskva bu dövlətlərə kömək etməyə hazırdır", - məqalədə belə deyilir.
Nəşr diqqəti Putinin müttəfiqlərə atıcı silahlardan tutmuş zirehli texnika, artilleriya, eləcə də hərbi təyyarələr və pilotsuz uçuş aparatları (PUA) kimi ən müasir silah növlərini əldə etməyi təklif etdiyinə diqqət çəkib. Bununla yanaşı, Rusiya prezidenti bütün bu silahların artıq real döyüşdə istifadə olunduğunu bildirib.
Məqalə müəllifinin fikrincə, Moskva Qərb ölkələrinə düşmən olan bəzi dövlətləri yüksək texnologiyalı silahlarla təchiz etməyə və ya təchizatını artırmağa başlayarsa, bu, təxribat kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, "Politico" nəşri bu ərəfədə Putinin Qərbin Ukraynaya yardımını qiymətləndirmək barədə ehtimalının doğru çıxdığı barədə yazıb.
Xəbər lenti
0