Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu qrupda keçid balı yüksək olacaq - Abituriyentlərin diqqətinə!

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
Məleykə Abbaszadə qeyd edib ki, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur.
BAKI, 16 avqust — Sputnik. Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 881 plan yeri ayrılıb. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir: "Ötən il bu rəqəm 83029 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var. Ötən il plan yeri 49 998 idi. Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur".
M.Abbasadə bu il ixtisas qrupları üzrə ərizə vermiş abituriyentlərin sayını da açıqlayıb. Bildirib ki, I qrup üzrə 33884 nəfər, II qrup üzrə 21215 nəfər, III qrup üzrə 21904 nəfər, IV qrup üzrə isə 5412 nəfər, V qrup üzrə 72058 nəfər ərizə verib. Ümumilikdə 99533 nəfər ərizə verib ki, bu da ötən illə müqayisədə 20911 nəfər çoxdur.
O, həmçinin qeyd edib ki, I qrupda kompüter elmləri, mühəndisliyi və informasiya texnologiyaları kimi nüfuzlu ixtisaslarda çox yüksək keçid ballarının olacağı gözlənilir: "10 il qabaq kimsə desəydi ki, hüquq fakültəsinin keçid balı informasiya texnologiyaları ixtisaslarından az olacaq, heç kim inanmazdı. Bu il belə olacaq. Əmək bazarında baş verən dəyişiklikləri abituriyentlərin ixtisas seçimində də görürük. Bəzən ixtisas seçimləri çox zaman kortəbii aparılır. Yaxşı olardı ki, valideynlər uşaqları ilə birgə müzakirələr aparsınlar", - DİM sədri vurğulayıb.
Onun sözlərinə görə, IV qrupda tibb ixtisasında yüksək keçid balının olması gözlənilir. M.Abbaszadə bildirib ki, kənd təsərrüfatı ixtisaslarında isə az olacaq: "Abituriyent ötənilki keçid balları və müsabiqə vəziyyəti ilə müqayisə apararaq ixtisas seçimi etməlidir. II ixtisas qrupunda düzgün ixtisas seçimi aparılarsa, hamı qəbul ola bilər. Bu il subbakalavrlara daha az yer qalacaq".
Xəbər lenti
0