CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı

© Sputnik / Rahim MuradovFHN
FHN  - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı nəzərə alınaraq maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
BAKI, 15 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMNDA) müfəttişləri tərəfindən Şəmkir rayonunun "Ağ dağlar" deyilən ərazisində yol kənarında yerləşən fərdi sahibkar Əliyev Yalçın Nəriman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
FHN-nin yaydığı məlumata görə, yoxlama zamanı maye və qazdoldurma məntəqəsində insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, məntəqədə istismar olunan tutumların müddətinin bitməsi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazların və qoruyucu qurğuların yoxlanılmadığı müəyyənləşdirilib. Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı nəzərə alınaraq maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən maye qazdoldurma məntəqəsinin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Tərtib olunmuş Akt pozuntuların aradan qaldırılması üçün sahibkara təqdim edilib.
Xəbər lenti
0