Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Abituriyentlərin nəzərinə: Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Sabahdan etibarən bütün qruplar üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi başlayıb. İxisas seçimi avqustun 28-i bitəcək.
BAKI, 15 avqust — Sputnik. Sabahdan I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, "Abituriyent" jurnalının 4-cü nömrəsində isə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər. "Abituriyent məsləhət mərkəzləri" haqqında ətraflı məlumat linkdən tanış olmaq mümkündür.
Xəbər lenti
0