Birinci vitse-prezident Basqaldan paylaşım edib

© Official website of President of Azerbaijan RepublicBirinci Vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli
Birinci Vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Dövlət başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şirvan bölgəsində səfərdədirlər.
BAKI, 12 avqust — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən video paylaşıb.
Birinci vitse-prezident paylaşımında "Yolumuz qədim Basqal qəsəbəsinədir" qeyd edib.
Məlumat üçün bildirək ki, Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. "Basqal" toponimi təmiz türk sözüdür və "qala başı", "qala qur", "qala yarat", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVII əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.
Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub. 2018-ci ilin 3 oktyabr tarixində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qədim dövrlərdən etibarən, Basqal ipək toxuculuğu sənətinin mərkəzi olub. Burda milli qadın ipək örtükləri - kəlağayı istehsal olunub. 2014-cü ilin noyabrında UNESCO-nun 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
11:10
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qobustan rayonundakı "Diri Baba" türbəsinə ziyarətlə bağlı paylaşım edib.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər ediblər.
Dövlət başçısı və birinci xanım burada "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.
Məlumat üçün bildirək ki, Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsində qayaların içərisində abidə yerləşir. Bu abidəni əsas yoldan keçənlərin görməsi çətin məsələdir. Qədim abidənin cənuba baxan bir fasadı var, o biri tərəfləri isə qayanın içərisindədir. Abidə qayada oyulmuş mağarada 1402-ci ildə ağ əhəng daşından tikilib. Bu məlumat binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində əks olunub: hicri 805-ci il.
Deyilənə görə, abidəni Şirvanşah I Şeyx İbrahim tikdirib. "Diri Baba" türbəsi Orta əsr Şirvan-Abşeron memarlığına aiddir.
Abidənin günbəzli salonu Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir. Burada həkk edilmiş yazıya görə, bu türbə ustad Hacının oğlu tərəfindən tikilib. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.
Əsrlər boyu camaat arasında abidə ilə bağlı müxtəlif rəvayətlər olub, elə indi də var. Reallıq budur ki, türbə müqəddəs məkan sayılır və insanlar bu türbəyə tapınıb və tapınır.
Abidə 1956-cı ildə yenidən bərpa olunub. 2001-ci ilin avqustun 2-i Nazirlər Kabinetinin qərarı ilə "Diri Baba" türbəsi ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Abidənin ətrafında əsaslı abadlaşdırma işləri aparılıb, yolu qaydaya salınıb.
Xəbər lenti
0