Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya sülhməramlıları ilə bağlı tənqidləri əsassız hesab edirik - Rusiya XİN

© AFP 2024 / ANDREY BORODULINQarabağda Rusiya sülhməramlıları, arxiv şəkli
Qarabağda Rusiya sülhməramlıları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Rusiya XİN-in Departamentinin direktor müavini bildirib ki, Laçın dəhlizi ətrafında yaranmış vəziyyət üçtərəfli bəyanatın 6-cı bəndi əsasında həll edilməlidir.
BAKI, 11 avqust — Sputnik. Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 6-cı bəndi əsasında həll edilməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib.

"Üçtərəfli bəyanatın 6-cı bəndində qeyd olunur ki, tərəflərin razılığı ilə yaxın üç ildə Laçın dəhlizi ilə Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun tikintisi planı və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub", - Neçaev qeyd edib.

© Photo : Azerbaijan Highway State AgencyLaçına daxil olmadan yeni avtomobil yolu
Laçına daxil olmadan yeni avtomobil yolu - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Laçına daxil olmadan yeni avtomobil yolu
Onun sözlərinə görə, regiondakı vəziyyət Rusiyanın diqqət mərkəzindədir. Neçayev xatırladıb ki, avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyi bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb və hər iki ölkəni təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırıb.
Rusiya XİN-in nümayəndəsi əlavə edib ki, Rusiya bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına uyğun olaraq həll edilməsinin zəruriliyini bir daha təsdiqləyir.
İvan Neçayev deyib ki, Rusiya tərəfi regionda sülhməramlı kontingentə qarşı tənqidi bəyanatları əsassız hesab edir:
"İntensiv siyasi təmaslarla yanaşı, Rusiya sülhməramlıları tərəfindən fəal iş davam etdirilir, onlar yerlərdə vəziyyətin sabitləşməsi üçün lazımi səylər göstərirlər. Həm Bakı, həm də Yerevan Rusiya sülhməramlı kontingentinin mühüm rolunu dəfələrlə qeyd ediblər. Biz Rusiya sülhməramlıları ilə bağlı ayrı-ayrı tənqidləri əsassız hesab edirik".
Xəbər lenti
0