https://sputnik.az/20220808/movlud-cavusoglu-ermenistana-xeberdarliq-edib-444791142.html
Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
Sputnik Azərbaycan
Türkiyə XİN rəhbəri bildirib ki, ölkəsi müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir. 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T12:32+0400
2022-08-08T12:32+0400
2022-08-08T12:32+0400
siyasət
səfir
konfrans
mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442675016_0:0:2892:1628_1920x0_80_0_0_3b42ed8ee55ce95fd11356ba0ed515b5.jpg
BAKI, 8 avqust — Sputnik. "Qarabağ işğal altında olduğu zaman Türkiyə düzgün olanın, haqqın tərəfində idi. Döyüşlər başlayarkən Türkiyə Azərbaycan əsgərini dəstəklədi". Bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.O qeyd edib ki, Türkiyə müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir. Nazir Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb.Xatırladaq ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyəyə yola düşüb. XİN-dən bildirilib ki, Ceyhun Bayramov Türkiyə Respublikasının XIII Səfirlər konfransında çıxış etmək məqsədilə Ankara şəhərinə gedib.Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək.Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmitin tədbirdə iştirakı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442675016_161:0:2892:2048_1920x0_80_0_0_f80c04532207ddfd8ce0c1bc448761e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
səfir, konfrans, mövlud çavuşoğlu
səfir, konfrans, mövlud çavuşoğlu
Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
Türkiyə XİN rəhbəri bildirib ki, ölkəsi müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir.
BAKI, 8 avqust — Sputnik. "Qarabağ işğal altında olduğu zaman Türkiyə düzgün olanın, haqqın tərəfində idi. Döyüşlər başlayarkən Türkiyə Azərbaycan əsgərini dəstəklədi". Bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Qəhrəman Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad etməsinin ardından sürətlə bölgədə, regionda sülh üçün işlərə başlamışıq", - deyə Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir. Nazir Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyəyə yola düşüb. XİN-dən bildirilib ki, Ceyhun Bayramov Türkiyə Respublikasının XIII Səfirlər konfransında çıxış etmək məqsədilə Ankara şəhərinə gedib.
Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək.
Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmitin tədbirdə iştirakı gözlənilir.