https://sputnik.az/20220807/rusiya-ile-almaniya-arasinda-ticaret-sanksiyalara-baxmayaraq-artir-444719981.html
Rusiya ilə Almaniya arasında ticarət sanksiyalara baxmayaraq artır
Rusiya ilə Almaniya arasında ticarət sanksiyalara baxmayaraq artır
Sputnik Azərbaycan
Rusiya çalışacaq ki, gələcəkdə Almaniyadan Rusiyaya daha çox milyardlarla avro və rubl axsın. 07.08.2022, Sputnik Azərbaycan
2022-08-07T08:55+0400
2022-08-07T08:55+0400
2022-08-07T08:55+0400
rusiya
rusiya
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435114410_2:0:3643:2048_1920x0_80_0_0_4fe5858f98b43f8a6bf7d7a8184b34f3.jpg
BAKI, 7 avqust — Sputnik. Maliyyə baxımından Rusiyaya qarşı sanksiyalara baxmayaraq, Rusiya ilə Almaniya arasında ticarətin həcmi artmaqda davam edir. Bu barədə Almaniyanın "Die Welt" qəzeti məlumat yayıb.Arqument kimi, iyunda Almaniyanın Rusiyaya mavi yanacağa görə 3,5 milyard avro ödədiyi barədə statistik məlumatlar verilir. Bu, ötən ilin iyun ayı ilə müqayisədə 39%, 2022-ci ilin may ayı ilə müqayisədə isə 5% çoxdur.Nəşrin köşə yazarı Olaf Gersemann Rusiyanın AFR-dən aldığı "riyazi" vəsaitlərin Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi üçün hərbi xərclərin böyük hissəsini qarşıladığı barədə fikir bildirib."Rusiya öz büdcəsini tarazlaşdıracaq və gələcək hasilat üçün yerdə daha çox qaz saxlaya biləcək ki, gələcəkdə Almaniyadan Rusiyaya daha çox milyardlarla avro və rubl axsın", - deyə jurnalist təsdiq edir.Saksoniya federal əyalətinin baş naziri Mixael Kretsmer Almaniyanın yaxın 5 ildə Rusiya qazından imtina edə bilməyəcəyini bildirib. Siyasətçi əlavə edib ki, o, "bir daha heç vaxt Rusiyadan xammal almamaq" mövqeyini səhv hesab edir.Xatırladaq ki, Almaniyanın keçmiş kansleri Gerhard Şröder Almaniya hakimiyyətini əhalini və alman şirkətlərini mavi yanacaqla təmin etmək üçün "Şimal axını 2" qaz kəmərinin işə salınması məsələsini nəzərdən keçirməyə çağırıb.Onun sözlərinə görə, bu tədbir görülməsə, enerji böhranı daha da ağırlaşa bilər. Almaniya hakimiyyətinin qərarı ilə "Şimal axını 2"-nin işləməməsi səbəbindən qaz qıtlığı yaşamağa başlayan Almaniya sakinləri isə bunun niyə belə olduğunu düşünməyə başlayacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435114410_457:0:3188:2048_1920x0_80_0_0_275242050c6386c0ed3269c8ad009625.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, almaniya
Rusiya ilə Almaniya arasında ticarət sanksiyalara baxmayaraq artır
Rusiya çalışacaq ki, gələcəkdə Almaniyadan Rusiyaya daha çox milyardlarla avro və rubl axsın.
BAKI, 7 avqust — Sputnik. Maliyyə baxımından Rusiyaya qarşı sanksiyalara baxmayaraq, Rusiya ilə Almaniya arasında ticarətin həcmi artmaqda davam edir. Bu barədə Almaniyanın "Die Welt" qəzeti məlumat yayıb.
Arqument kimi, iyunda Almaniyanın Rusiyaya mavi yanacağa görə 3,5 milyard avro ödədiyi barədə statistik məlumatlar verilir. Bu, ötən ilin iyun ayı ilə müqayisədə 39%, 2022-ci ilin may ayı ilə müqayisədə isə 5% çoxdur.
Nəşrin köşə yazarı Olaf Gersemann Rusiyanın AFR-dən aldığı "riyazi" vəsaitlərin Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi üçün hərbi xərclərin böyük hissəsini qarşıladığı barədə fikir bildirib.
"Rusiya öz büdcəsini tarazlaşdıracaq və gələcək hasilat üçün yerdə daha çox qaz saxlaya biləcək ki, gələcəkdə Almaniyadan Rusiyaya daha çox milyardlarla avro və rubl axsın", - deyə jurnalist təsdiq edir.
Saksoniya federal əyalətinin baş naziri Mixael Kretsmer Almaniyanın yaxın 5 ildə Rusiya qazından imtina edə bilməyəcəyini bildirib. Siyasətçi əlavə edib ki, o, "bir daha heç vaxt Rusiyadan xammal almamaq" mövqeyini səhv hesab edir.
Xatırladaq ki, Almaniyanın keçmiş kansleri Gerhard Şröder Almaniya hakimiyyətini əhalini və alman şirkətlərini mavi yanacaqla təmin etmək üçün "Şimal axını 2" qaz kəmərinin işə salınması məsələsini nəzərdən keçirməyə çağırıb.
Onun sözlərinə görə, bu tədbir görülməsə, enerji böhranı daha da ağırlaşa bilər. Almaniya hakimiyyətinin qərarı ilə "Şimal axını 2"-nin işləməməsi səbəbindən qaz qıtlığı yaşamağa başlayan Almaniya sakinləri isə bunun niyə belə olduğunu düşünməyə başlayacaqlar.