QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nəticə çıxarılmasa, qanunsuz erməni silahlılarını daha ağır zərbələr gözləyir - Ekspert

© Photo : Courtesy of Adalyat VerdievƏdalət Verdiyev
Ədalət Verdiyev - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Abunə olmaq
Adıçəkilən əməliyyat Ermənistanın hərbi-siyasi rəhbərliyinə Azərbaycan ərazilərində söz sahibinin kim olduğu barədə çox dəqiq təsəvvür yaradır.
BAKI, 7 avqust — Sputnik. “Azərbaycan qarşı tərəfin birgə Bəyanatın şərtlərini ya xoşluqla, ya da zorla icra etdirməsində israrlıdır. Azərbaycan üzərinə düşən öhdəliklərin icrasını imzalanma mərasimindən qısa müddət sonra yerinə yetirdiyi halda, məğlub tərəfin bu öhdəlikləri uzatması heç bir halda ölkəmiz üçün qəbul edilən vəziyyət ola bilməz. Bu azmış kimi, atəşkəsin pozulması və Azərbaycan əsgərinin öldürülməsi bağışlanan hal deyil". Bu sözləri hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, “Qisas” əməliyyatı qeyri-qanunu erməni silahlı qüvvələrinə xəbərdarlıq siqnalı kimi də qiymətləndirilə bilər:

"Əgər Ermənistan tərəfi bu əməliyyatdan düzgün nəticə çıxarmazsa, qanunsuz erməni silahlı dəstələr daha ağır zərbələrə məruz qalacaqlar”.

Ekspert onu da qeyd edib ki, hazırda həmin ərazilərdə ordumuz atəş sistemini və mövqeyini möhkəmləndirir.
"Sonuncu “Qisas” əməliyyatı düşmən tərəfinə kifayət qədər ciddi siqnal oldu. Belə ki, əgər bundan sonra da Ermənistan birgə bəyanatın şərtlərini yerinə yetirməsə, “Qisas” əməliyyatının növbəti mərhələsi də həyata keçirilə bilər".
Ə.Verdiyev bildirir ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi uğurlu “Qisas” əməliyyatı nəticəsində əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürülüb və düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib:
"Ordumuzun erməni təxribatları nəticəsində həlak olan hərbi qulluqçumuzun qisasını almaq məqsədilə həyata keçirdiyi son əməliyyat iki mühüm strateji yüksəkliyin - Qırxqız və Sarıbabanın Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi ilə nəticələnib. Yalnız bu yüksəkliklər deyil, həm də onların ətrafında yerləşən digər mövqelər də artıq Azərbaycan Ordusunun nəzarətindədir. Həmin ərazilərdə ordumuz mövqelərinin möhkəmləndirilməsi, yol infrastrukturunun inkişaf etdirilməsi və atəş sisteminin qurulması ilə məşğuldur. Bu proseslərə orada yerləşən hərbi qulluqçularımızın, bölmə və hissələrin şəxsi heyətinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar kontekstində baxılmalıdır".
Hərbi ekspert onu da deyib ki, "Qarabağ ərazisində kifayət qədər çox sayda yüksəkliklər var. Amma Silahlı Qüvvələrimizin məhz Qırxqız və Sarıbaba istiqamətində yeni mövqelər əldə etməsi onu göstərir ki, Azərbaycan gələcəkdə mümkün təxribatların qarşısının alınmasında, xüsusilə də erməni hərbi birləşmələrinin Qarabağdan və Laçın ərazisindən çıxarılmasındakı mümkün fəaliyyətlərdə platsdarm kimi istifadə edə biləcəyi yüksəklikləri azad etməyə üstünlük verib".
“Odur ki, avqustun 3-də azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərinin gələcəkdə mümkün təxribatların qarşısının alınmasında və erməni silahlılarının Qarabağı tərk etməyəcəyi təqdirdə, “Qisas” əməliyyatının sonrakı mərhələlərində istifadə olunacağı heç bir şübhə doğurmur. Həmin yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi Laçın rayonu ərazisinə və həmin ərazidən keçən Laçın dəhlizinə vizual və atəş nəzarəti imkanlarımızı kifayət qədər gücləndirir.
Verdiyev bildirir ki, digər tərəfdən isə azad edilən yerlərin məhz Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə olması bir daha birgə üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə kifayət qədər ləng hərəkət edən Ermənistanın hərbi-siyasi rəhbərliyinə, həm də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslərə Azərbaycan ərazilərində söz sahibinin kim olduğu barədə çox dəqiq təsəvvür yaratmağa imkan yaradır.
"Başqa tərəfdən isə Ermənistanın gələcəkdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, ordumuzun Xankəndinə qarşı da mümkün əməliyyatların aparılmasında məlum yüksəkliklər mühüm əhəmiyyət daşıyacaq”, - deyə ekspert sözlərinə əlavə edib".
(Azərtac-ın materialı əsasında)
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 06.08.2022
QARABAĞ
MN: Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib
Xəbər lenti
0