Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda son sutkada 469 nəfər koronavirusa yoluxub

© AFP 2022 / STRТесты на коронавирус, фото из архива
Тесты на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda bu günədək ümumilikdə 801 939 nəfərin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.
BAKI, 7 avqust - Sputnik. Azərbaycanda koronavirusa 469 yeni yoluxma qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.
Ölkədə indiyədək 801 939 nəfər koronavirusa yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.
Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.
Son sutka ərzində koronavirus əleyhinə 1 424 vaksin vurulub. Gün ərzində birinci doza vaksinlərin sayı 222, ikinci doza vaksinlərin sayı 72 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 934-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 196 olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 829 027 təşkil edir.
Avqustun 6-na olan statistika
Azərbaycanda koronavirusa 452 yeni yoluxma qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 098 nəfərdir.
Son sutka ərzində 3 750, hazırkı dövrədək ümumilikdə 7 066 158 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 839 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 314, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.
Qeyd edilir ki, vurulan peyvəndlərin ümumi sayı 13 827 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 294, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 858 790, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 344 797, pozitiv nəticədən sonra "buster" doza üzrə peyvənd olunanların sayı 255 722 nəfərdir.
Avqustun 5-nə olan statistika
Azərbaycanda koronavirusa 540 yeni yoluxma qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutka ərzində koronavirusdan ölən yoxdur.
Ölkədə indiyədək 801 018 nəfər koronavirusa yoluxub. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3 054 nəfərdir.
Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.
Son gündə koronavirus əleyhinə 1 723 vaksin vurulub. Gün ərzində birinci doza vaksinlərin sayı 268, ikinci doza vaksinlərin sayı 127 təşkil edib.
Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 095 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 233 nəfər olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 825 764 təşkil edir.
Avqustun 4-nə olan statistika
Azərbaycanda koronavirusa 495 yeni yoluxma qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan 3 nəfər ölüb.
Ölkədə indiyədək 800 478 nəfər koronavirusa yoluxub. Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 884 nəfərdir.
Ölkədə son sutka ərzində 3 708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb.
Azərbaycanda son gündə koronavirus əleyhinə 1 962 vaksin vurulub. Gün ərzində birinci doza vaksinlərin sayı 295, ikinci doza vaksinlərin sayı 248 təşkil edib.
Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 200 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 219 nəfər olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 824 041 təşkil edir.
Avqustun 3-nə olan statistika
Azərbaycanda koronavirusa 512 yeni yoluxma qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.
Ölkədə indiyədək 799 983 nəfər koronavirusa yoluxub. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 752 nəfərdir.
Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.
Azərbaycanda son gündə koronavirus əleyhinə 1 873 vaksin vurulub. Gün ərzində birinci doza vaksinlərin sayı 263, ikinci doza vaksinlərin sayı 140 təşkil edib.
Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 233 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 237 nəfər olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 822 079 təşkil edir.
Avqustun 2-nə olan statistika
Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.
Ölkədə indiyədək 799 471 nəfər koronavirusa yoluxub. Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 639 nəfərdir.
Ölkədə son sutka ərzində 3 950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.
Son gündə koronavirus əleyhinə 2 195 vaksin vurulub. Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 213 təşkil edib.
Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 368 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 237 nəfər olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 820 206 təşkil edir.
Avqustun 1-nə olan statistika
Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.
Ölkədə indiyədək 798 940 nəfər koronavirusa yoluxub. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 406 nəfərdir.
Ölkədə son sutka ərzində 2 128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.
Azərbaycanda son gündə koronavirus əleyhinə 6 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 1 təşkil edib.
Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə olmayıb.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 818 011 təşkil edir.
Xəbər lenti
0