https://sputnik.az/20220806/zaxarova-londondaki-hucumla-bagli-azerbaycanli-diplomatlari-destekleyib-444747646.html
Zaxarova Londondakı hücumla bağlı azərbaycanlı diplomatları dəstəkləyib
Zaxarova Londondakı hücumla bağlı azərbaycanlı diplomatları dəstəkləyib
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi bildirib ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı prinsipi bütün dünyada diplomatların rahat işini təmin edən beynəlxalq... 06.08.2022, Sputnik Azərbaycan
2022-08-06T10:56+0400
2022-08-06T10:56+0400
2022-08-06T10:59+0400
rusiya
azərbaycan
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
london
səfirlik
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:3105:1748_1920x0_80_0_0_569f6202c1b0a698c92daeadff399837.jpg
BAKI, 6 avqust - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir qrup radikalın hücumuna məruz qalan Azərbaycanın Londondakı səfirliyinin əməkdaşlarına dəstək ifadə edib.“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Britaniyadakı səfirliyinə edilən radikal hücum hekayəsindən şoka düşmüşəm. Gündüz bütöv bir vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini murdarlayıb, binaya ziyan vurublar. Allaha şükürlər olsun ki, heç kim xəsarət almayıb”, – deyə o, Telegram kanalında yazıb.Zaxarova diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı prinsipinin bütün dünyada diplomatların rahat işləməsinə zəmanət verən beynəlxalq münasibətlərin təməlində dayandığını qeyd edib.XİN rəsmisi xatırladıb ki, Vyana Konvensiyasına əsasən, qəbul edən dövlət missiyanın binalarını hər hansı müdaxilədən və ya zədələnmədən qorumaq, habelə missiyanın dincliyinin pozulmasının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə borcludur:“Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisinə sual: siz harada olmusunuz? Assanjı Ekvador səfirliyində xüsusilə mühafizə olunurdu”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.Xatırladaq ki, 2 gün əvvəl Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini qrup tərəfindən hücuma məruz qalmışdı.Qrup üzvləri diplomatik nümayəndəliyin binasına soxulub, binanın eyvanında dini bayraqlar qaldırıb və müxtəlif radikal şüarlar səsləndiriblər.Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb. Yerli polisin müdaxiləsindən sonra hücum iştirakçıları binadan çıxarılıb. Hadisədən sonra 23 radikaldan 8 nəfər saxlanılıb, qalanları qaçmağa müvəffəq olub. Onların hamısı axtarılır. Polis hələlik saxlanılanların adlarını açıqlamayıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:2731:2048_1920x0_80_0_0_44d8bf3aa9f4c63efa133bb3ce5aad5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, london, səfirlik
azərbaycan, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, london, səfirlik
Zaxarova Londondakı hücumla bağlı azərbaycanlı diplomatları dəstəkləyib
10:56 06.08.2022 (Yenilənib: 10:59 06.08.2022) Rusiya XİN rəsmisi bildirib ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı prinsipi bütün dünyada diplomatların rahat işini təmin edən beynəlxalq münasibətlərin əsasını təşkil edir.
BAKI, 6 avqust - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir qrup radikalın hücumuna məruz qalan Azərbaycanın Londondakı səfirliyinin əməkdaşlarına dəstək ifadə edib.
“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Britaniyadakı səfirliyinə edilən radikal hücum hekayəsindən şoka düşmüşəm. Gündüz bütöv bir vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini murdarlayıb, binaya ziyan vurublar. Allaha şükürlər olsun ki, heç kim xəsarət almayıb”, – deyə o, Telegram kanalında yazıb.
Zaxarova diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı prinsipinin bütün dünyada diplomatların rahat işləməsinə zəmanət verən beynəlxalq münasibətlərin təməlində dayandığını qeyd edib.
XİN rəsmisi xatırladıb ki, Vyana Konvensiyasına əsasən, qəbul edən dövlət missiyanın binalarını hər hansı müdaxilədən və ya zədələnmədən qorumaq, habelə missiyanın dincliyinin pozulmasının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə borcludur:
“Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisinə sual: siz harada olmusunuz? Assanjı Ekvador səfirliyində xüsusilə mühafizə olunurdu”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Xatırladaq ki, 2 gün əvvəl Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini qrup tərəfindən hücuma məruz qalmışdı.
Qrup üzvləri diplomatik nümayəndəliyin binasına soxulub, binanın eyvanında dini bayraqlar qaldırıb və müxtəlif radikal şüarlar səsləndiriblər.
Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb. Yerli polisin müdaxiləsindən sonra hücum iştirakçıları binadan çıxarılıb. Hadisədən sonra 23 radikaldan 8 nəfər saxlanılıb, qalanları qaçmağa müvəffəq olub. Onların hamısı axtarılır. Polis hələlik saxlanılanların adlarını açıqlamayıb.