https://sputnik.az/20220805/turk-dovletleri-azerbaycanin-londondaki-sefirliyine-hucum-aktini-pisleyibler-444722896.html
Türk dövlətləri Azərbaycanın Londondakı səfirliyinə hücum aktını pisləyiblər
Türk dövlətləri Azərbaycanın Londondakı səfirliyinə hücum aktını pisləyiblər
Sputnik Azərbaycan
Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə qarşı tprədilmiş vandalizm aktını hərtərəfli araşdırmağa çağırıb. 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T15:00+0400
2022-08-05T15:00+0400
2022-08-05T15:13+0400
london
siyasət
türk dövlətləri təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441255456_0:117:2461:1501_1920x0_80_0_0_01bd571d83e9dd24df0379949e465087.jpg
BAKI, 5 avqust — Sputnik. Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.Bu barədə Türk Dövlətləri Təşkilatı məlumat yayıb. Təşkilatı bu hadisəni araşdırmağa çağırıb: "Radikal dini qruplar tərəfindən Türk Dövlətləri Təşkilatının qurucu üzvü Azərbaycanın Londondakı səfirliyinə qarşı zorakı və qəbuledilməz hücumu pisləyirik. Biz bu vandalizm aktını hərtərəfli araşdırmağa çağırırıq".Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.XİN-in yaydığı məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək."Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb", - XİN bildirib.İlkin məlumatlara görə, Azərbaycanın Londondakı səfirliyinə hücumu Yasir əl-Həbib adlı şəxsin təşkil etdiyi ehtimal edilir.
https://sputnik.az/20220805/cenubi-azerbaycanli-gulesci-azerbaycan-sefirliyine-hucumla-bagli-idmancilara-cagiris-edib-444714896.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441255456_460:0:2461:1501_1920x0_80_0_0_3800fa14675a9938332c9b9c12449e04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
london, türk dövlətləri təşkilatı
london, türk dövlətləri təşkilatı
Türk dövlətləri Azərbaycanın Londondakı səfirliyinə hücum aktını pisləyiblər
15:00 05.08.2022 (Yenilənib: 15:13 05.08.2022) Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə qarşı tprədilmiş vandalizm aktını hərtərəfli araşdırmağa çağırıb.
BAKI, 5 avqust — Sputnik. Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.
Bu barədə Türk Dövlətləri Təşkilatı məlumat yayıb. Təşkilatı bu hadisəni araşdırmağa çağırıb:
"Radikal dini qruplar tərəfindən Türk Dövlətləri Təşkilatının qurucu üzvü Azərbaycanın Londondakı səfirliyinə qarşı zorakı və qəbuledilməz hücumu pisləyirik. Biz bu vandalizm aktını hərtərəfli araşdırmağa çağırırıq".
Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
XİN-in yaydığı məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.
Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
"Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb", - XİN bildirib.
İlkin məlumatlara görə, Azərbaycanın Londondakı səfirliyinə hücumu Yasir əl-Həbib adlı şəxsin təşkil etdiyi ehtimal edilir.