CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kimlər işıqdan pulsuz istifadə edə biləcəklər?

© pixabay / Pexels işıq
 işıq - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Abunə olmaq
Bundan sonra fərdi evləri olan şəxslər elektrik enerjisindən pulsuz istifadə edə biləcəklər.
BAKI, 5 avqust — Sputnik. Asiya İnkişaf Bankı (ADB) və “Masdar Azerbaijan Energy” MMC (MAE) arasında Azərbaycanın Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MVt) Günəş elektrik stansiyasının maliyyələşdirilməsi üçün 21,4 milyon dollar məbləğində kreditin ayrılması ilə bağlı saziş imzalanıb.
Bununla bağlı ADB məlumat yayıb.
Qeyd edək ki, bu beynəlxalq maliyyə institutlarının uzunmüddətli beynəlxalq səviyyədə maliyyələşdirməsi ilə həyata keçirilən, Azərbaycan tarixində ilk əhəmiyyətli özəl sektorun bərpa olunan enerji investisiyasıdır.
MAE enerji hasilatını 23 illik enerji alqı-satqısı müqaviləsi çərçivəsində “Azərenerji” ASC-yə verəcək.
Yeni Günəş elektrik stansiyası istismara verildiyi ilk ildən etibarən illik 558 giqavat/saata qədər təmiz enerji istehsal edəcək və illik 265 000 tona qədər karbon emissiyasının qarşısını alacaq.
Günəş Elektrik Stansiyası ilə bağlı detallara aydınlıq gətirən Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cahid Mikayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yəni stansiya işə düşdükdə istehsal etdiyi elektrik enerjisini şəbəkəyə ötürəcək. Bu enerjidən ölkə ərazisində hər kəs, müəssisələr, əhali istifadə edə biləcək.
Lakin bu enerji ümumi şəbəkəyə ötürüldüyü üçün bunun adi elektrik enerjisi, ya da Günəş Elektrik Stansiyası tərəfindən istehsal olunan elektrik enerjisi olduğunu ayırmaq mümkün olmayacaq. Məsələn, Mingəçevirdə istehsal olunan elektrik enerjisi saniyə ərzində 50 dəfə Bakıya gedib qayıda bilər.
Nazirlik rəsmisi bildirir ki, istimara veriləcək elektrik enerjisi stansiyası bir çox üstünlüklərə sahibdir. Qeyd edək ki, bu stansiyanın qurulması üçün dövlət büdcəsindən vəsait ayrılmayıb. Bunun üçün Masdar” şirkəti banklardan kredit götürür və stansiyanı tikir, istismara başlayıb.
Bundan başqa, stansiyanın ekoloji əhəmiyyəti də çox yüksəkdir. Belə olan halda enerji daha təmiz mənbədən istehsal olunmuş olur.
Bəs, alternativ enerjidən hansısa bir şəkildə pulsuz da yararlanmaq mümkün olacaq?
C.Mikayılov deyir ki, hər bir şəxs istədiyi alternativ enerji qurğusunu, məsələn, günəş panelini alıb, evinin damında quraşdıra bilər. Yəni ümumi şəbəkədən ötürülən enerjidən fərqli olaraq, fərd mənzilində, obyektində quraşdırdığı Günəş paneli ilə enerjidən pulsuz yararlana biləcək: "Belə olan halda istehsal olunan elektrik enerjisi vətəndaşın özünə məxsus olacaq. Lakin binalarla gəldikdə, onlarla bağlı nəsə deyə bilmərik. Bu daha çox MTK-lardan asılı məsələdir".
Qeyd edək ki, ötən ilin aprelində "Masdar" şirkəti Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən "Qaradağ" layihəsinin işlənməsi ilə bağlı müqavilələr imzalayıb və elektrik stansiyasının 2023-cü ildə kommersiya fəaliyyətinə başlaması gözlənilir.
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Abu Dabi İnkişaf Fondu ilə birgə maliyyələşdirilir.
Xəbər lenti
0