CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalanda partlayış nədən baş verib? “Azəriqaz" rəhbəri mümkün səbəbi açıqlayıb

© Photo : AR Ministry of Emergency Situations Спасатели министерства по чрезвычайным ситуациям на месте взрыва в частном двухэтажном жилом доме, расположенном в 27-м квартале города Хырдалан в Абшеронском районе
 Спасатели министерства по чрезвычайным ситуациям на месте взрыва в частном двухэтажном жилом доме, расположенном в 27-м квартале города Хырдалан в Абшеронском районе - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
“Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib ki, hadisə baş verən zaman evdə ustalar olub.
BAKI, 4 avqust - Sputnik. Xırdalanda yaşayış binasında partlayışın qaz sızmasından baş verməsi mümkündür.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
“İlkin məlumata görə, Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq. Buna görə də hələlik bizdə əsaslı məlumat yoxdur”, - R.Əliyev vurğulayıb.
O qeyd edib ki, binaya təbii qazın nəqli tam dayandırılıb: “Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən birgə araşdırmalara başlanılacaq. “Azəriqaz" İstehsalat Birliyi də prosesə cəlb olunacaq. Bundan sonra ictimaiyyətə tam məlumat veriləcək”.
R.Əliyevin sözlərinə görə, hadisənin qaz sızmasından baş verməsi mümkündür:
“Ola bilər hadisə qaz sızmasından baş versin. Çünki təmir işləri gedən zaman sakin özü mənzildə olmayıb. Evdə ustalar olub. Qonşuların və ustaların verdiyi məlumata əsasən bu ehtimal (qaz sızması-red) mümkündür. Mənzilin təmir edilməsi ilə bağlı “Azəriqaz" İstehsalat Birliyinə hər hansı məlumat verilməyib ki, qazın verilməsi dayandırılsın. Hər hansı müraciət daxil olmayıb”.
R.Əliyev qeyd edib ki, əlavə xəbər olsa, “Azəriqaz" İstehsalat Birliyi bu barədə ictimaiyyətə məlumat verəcək (Report).
Xırdalanda nə baş verib?
Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın - Sputnik Azərbaycan, 1920, 03.08.2022
HADİSƏ
Xırdalanda yaşayış binasında partlayış olub: Xəsarət alanlar var - TƏBİB
Xəbər lenti
0