Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun döyüş təyyarələri və helikopterləri təlim-məşq uçuşları keçirir-VİDEO

© AR Ministry of DefenceAzərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları keçirir
Azərbaycan Ordusunun döyüş təyyarələri  təlim-məşq uçuşları keçirir - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
BAKI, 4 avqust — Sputnik. Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.
https://mod.gov.az/az/news/azerbaycan-hhq-nin-aviasiya-vasiteleri-ile-yeni-tedris-dovrunun-mesgeleleri-kecirilir-video-41230.html
Xəbər lenti
0