QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ABŞ Dövlət Departamenti Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb

© AFP 2023 / Paul J. RichardsСимвол Государственного департамента США в зале для брифингов. Архивное фото
Символ Государственного департамента США в зале для брифингов. Архивное фото - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə edilib və tərəflər münaqişəni danışaqlar yolu ilə həll etməyə çağırılıb.
BAKI, 4 avqust - Sputnik. ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan təmas xəttində son günlər vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edib.
"Birləşmiş Ştatlar Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq", - Dövlət Departamentinin bəyanatında deyilir.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda tərəflər münaqişəni danışaqlar yolu ilə həll etməyə çağırılır:
"Son vaxtlar gərginliyin artması Qarabağ münaqişəsi və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır”.
Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.
Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.
Xəbər lenti
0