Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfərini "vəhşi aksiya" adlandırıb

© AFP 2022 / NAZRI RAPAAINensi Pelosi
Nensi Pelosi - Sputnik Azərbaycan, 1920, 03.08.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Mariya Zaxarova bildirib ki, ABŞ bir anlıq qazanc naminə hər şeyi, o cümlədən öz reputasiyasının qalıqlarını qurban verməyə hazırdır
BAKI, 3 avqust — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ABŞ-ın digər dövlətlərə əhəmiyyət vermədiyini göstərib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna açıqlamasında söyləyib.
"Birləşmiş Ştatlar heç bir tərəfdaşına bir qəpik də qiymət qoymur - istər ən yaxın strateji müttəfiqlər olsun, istər tərəfdaşlar olsun, istərsə də müxtəlif istiqamətlərdə münasibətləri inkişaf edən ölkələr. Onlara əhəmiyyət verilmir. Hazırda belə vəhşi aksiya niyə tələb olunub? Bunu siyasi vəziyyət tələb edir. Ani qazanc, ani bazar şəraiti, daxili və xarici bədnam PR xatirinə onlar hər şeyi, o cümlədən öz reputasiyalarının qalıqlarını qurban verməyə hazırdırlar. Əgər "ABŞ-ın maraqları" kateqoriyasından - xüsusən də Asiya regionunda hələ də ən az nəsə qalmışdısa, o zaman o da dünən məhv edildi" – deyə Zaxarova fikrini bildirib.
Bundan əvvəl rəsmi Pekin Nensi Pelosinin Tayvana səfərinin "vahid Çin" prinsipini pozacağı və vəziyyətin gərginləşməsinə səbəb olacağı barədə xəbərdarlıq etmişdi. Qeyd edilmişdi ki, "ÇXR ordusu buna əlləri bağlı olaraq baxmayacaq və xarici müdaxilənin qarşısını almaq üçün mütləq bütün tədbirləri görəcək". Pelosinin adaya gəlişindən dərhal sonra məlum olub ki, Çin ordusu onun yaxınlığındakı üç su bölgəsində təlimlərə başlayıb.
Xəbər lenti
0