https://sputnik.az/20220803/qtisadiyyat-nazirliyine-elave-selahiyyetler-verilib-444657577.html
İqtisadiyyat Nazirliyinə əlavə səlahiyyətlər verilib
İqtisadiyyat Nazirliyinə əlavə səlahiyyətlər verilib
Sputnik Azərbaycan
Bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat... 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T18:25+0400
2022-08-03T18:25+0400
2022-08-03T18:25+0400
iqtisadiyyat nazirliyi
iqtisadiyyat
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 3 avqust — Sputnik. Prezident İlham Əliyev "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında" 12 iyul 2016-cı il tarixli fərmanında dəyişiklik edib.Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir.Bundan başqa, dövlət başçısı "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 16 dekabr 2016-cı il tarixli qanunun tətbiqi və "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" ölkə prezidentinin 30 avqust 2000-ci il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında" ölkə prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iqtisadiyyat nazirliyi, prezident ilham əliyev
iqtisadiyyat nazirliyi, prezident ilham əliyev
İqtisadiyyat Nazirliyinə əlavə səlahiyyətlər verilib
Bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir.
BAKI, 3 avqust — Sputnik. Prezident İlham Əliyev "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında" 12 iyul 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir.
Bundan başqa, dövlət başçısı "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 16 dekabr 2016-cı il tarixli qanunun tətbiqi və "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" ölkə prezidentinin 30 avqust 2000-ci il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında" ölkə prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidir.