https://sputnik.az/20220803/almaniya-enerji-felaketinden-qacmagin-yegane-yolunu-tapib-444643099.html
Almaniya enerji fəlakətindən qaçmağın yeganə yolunu tapıb
Almaniya enerji fəlakətindən qaçmağın yeganə yolunu tapıb
Sputnik Azərbaycan
"Almaniya üçün Alternativ" partiyası enerji fəlakətinin qarşısını almaq üçün anti-Rusiya sanksiyalarından imtina etməyə çağırıb. 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T18:44+0400
2022-08-03T18:44+0400
2022-08-03T18:44+0400
almaniya
dünya xəbərləri
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425746522_0:160:3073:1888_1920x0_80_0_0_265278958523ae56ec1b10ebca4ee7c3.jpg
BAKI, 3 avqust — Sputnik. Berlin enerji fəlakətindən qaçmaq üçün Moskvaya qarşı "mənasız sanksiya siyasəti"ndən imtina etməlidir. Bu açıqlama ilə "Almaniya üçün Alternativ" partiyasının lideri Tino Xrupalla çıxış edib."Rusiyadan çox Almaniyaya zərər verən mənasız sanksiya siyasətinə son qoymaq lazımdır. Eyni zamanda, "Şimal axını 2"nin işə salınması tabu olmamalıdır", – deyə "Freie Welt" siyasətçinin sözlərindən sitat gətirir.Xrupalla, həmçinin, Almaniya hökumətinin oktyabrın 1-dən qüvvəyə minməli olan qaz paylanması planına da işarə edib. Partiya sədrinin fikrincə, Rusiyadan gələn qazın əvəzinə bahalı alternativlər almalı olan qaz konsernlərinin xərcləri sakinlərin üzərinə düşməməlidir.Xatırladaq ki, Bloomberg nəşri bu günlərdə Almaniyanın qarşıdan gələn qışda təbii qaz qıtlığı səbəbindən yarana biləcək fəlakətin qarşısını almaq üçün üç ay qaldığını bildirib. Digər məsələlərlə yanaşı, məqalə müəllifləri xatırladıblar ki, Berlindəki prezident sarayı artıq gecələr işıqlandırılmır, Hannoverdə isə idman zallarında duşlarda isti suyun söndürüldüyünü elan ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425746522_170:0:2901:2048_1920x0_80_0_0_82e37cb061bea8664a077de035c5601d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
almaniya, rusiya
Almaniya enerji fəlakətindən qaçmağın yeganə yolunu tapıb
"Almaniya üçün Alternativ" partiyası enerji fəlakətinin qarşısını almaq üçün anti-Rusiya sanksiyalarından imtina etməyə çağırıb.
BAKI, 3 avqust — Sputnik. Berlin enerji fəlakətindən qaçmaq üçün Moskvaya qarşı "mənasız sanksiya siyasəti"ndən imtina etməlidir. Bu açıqlama ilə "Almaniya üçün Alternativ" partiyasının lideri Tino Xrupalla çıxış edib.
"Rusiyadan çox Almaniyaya zərər verən mənasız sanksiya siyasətinə son qoymaq lazımdır. Eyni zamanda, "Şimal axını 2"nin işə salınması tabu olmamalıdır", – deyə "Freie Welt" siyasətçinin sözlərindən sitat gətirir.
Xrupalla, həmçinin, Almaniya hökumətinin oktyabrın 1-dən qüvvəyə minməli olan qaz paylanması planına da işarə edib. Partiya sədrinin fikrincə, Rusiyadan gələn qazın əvəzinə bahalı alternativlər almalı olan qaz konsernlərinin xərcləri sakinlərin üzərinə düşməməlidir.
Xatırladaq ki, Bloomberg nəşri bu günlərdə Almaniyanın qarşıdan gələn qışda təbii qaz qıtlığı səbəbindən yarana biləcək fəlakətin qarşısını almaq üçün üç ay qaldığını bildirib. Digər məsələlərlə yanaşı, məqalə müəllifləri xatırladıblar ki, Berlindəki prezident sarayı artıq gecələr işıqlandırılmır, Hannoverdə isə idman zallarında duşlarda isti suyun söndürüldüyünü elan ediblər.