Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Qərbə taxıl müqaviləsini yerinə yetirməməsi ilə bağlı xəbərdarlıq edib

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Qərbin məsuliyyətsiz siyasəti ucbatından dünya Rusiyadan on milyonlarla ton taxıl ala bilməyəcək.
BAKI, 2 avqust — Sputnik. Moskva Ukraynadan taxıl ixracı ilə bağlı İstanbulda əldə olunan razılaşmaların icrasına başlanmasını alqışlayır və Kiyevin Qara dəniz limanlarında gəmilərin təhlükəsizliyini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Ərzaq probleminin tam həlli üçün Qərb ölkələri Rusiya gübrələrinin və ərzaqlarının dünya bazarlarına çıxmasını təmin etməlidir. Bunun üçün onlar tətbiq etdikləri anti-Rusiya sanksiyalarının yaratdığı maliyyə və logistika maneələrini ləğv etməlidirlər.
"Biz saziş paketinin ikinci hissəsinin yerinə yetirilməməsi, ya da həyata keçirilməməsi üçün hər şeyi etmək cəhdlərinə qarşı xəbərdarlıq edirik", - deyə XİN-ın nümayəndəsi vurğulayıb.
Zaxarova qeyd edib ki, əks təqdirdə, Qərbin məsuliyyətsiz siyasəti ucbatından dünya Rusiyadan on milyonlarla ton taxıl ala bilməyəcək.
İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb. Sazişlər Ukraynadan taxıl ixracı üçün dəhlizin yaradılmasını nəzərdə tutur.
Müqavilənin imzalanma mərasimi bu yaxınlarda, martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabaxça sarayında baş tutub.
Xəbər lenti
0