https://sputnik.az/20220802/qarabag-muharibesi-elilleri-ucun-baza-yaradilib-444613264.html
Qarabağ müharibəsi əlilləri üçün baza yaradılıb
Qarabağ müharibəsi əlilləri üçün baza yaradılıb
Sputnik Azərbaycan
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, bu sənədin məqsədi də həmin dövrdə əlilliyi olan insanlara birdəfəlik ödənişlərin edilməsi... 02.08.2022, Sputnik Azərbaycan
2022-08-02T15:00+0400
2022-08-02T15:00+0400
2022-08-02T15:00+0400
qazi
cəmiyyət
sahil babayev
prezident ilham əliyev
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/02/10/439239213_0:83:1600:983_1920x0_80_0_0_4da3721a9a65ddc5a39736d1fd25bebf.jpg
BAKI, 2 avqust — Sputnik. Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb.Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.O bildirib ki, Prezident İlham Əliyev ötən il dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb:"Bu sənədin məqsədi də həmin dövrdə əlilliyi olan insanlara birdəfəlik ödənişlərin edilməsi idi. Fərmanın icrası üçün ötən 7 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin birgə işçi qrupu tərəfindən 1991-1997-ci illərdə olan bütün hərbi xəsarət haqqında olan şəhadətnamələr təkrar inventarlaşdırılıb"."Həmin məlumatlar elektron sistemə toplanılıb. Bütün bunların nəticəsində isə müvafiq bir baza formalaşdırılıb. Bu gün isə Prezidentin müvafiq fərmanına uyğun olaraq Baş nazir Əli Əsədov həmin ödənişlərin verilməsi qaydasını təsdiqləyib", - deyə nazir vurğulayıb.Qeyd edək ki, I Qarabağ müharibəsi əlili olan 11 minədək şəxsə indiyədək birdəfəlik ödənişlə bağlı 67 milyon manata yaxın vəsait xərclənib.
https://sputnik.az/20220802/nazirler-kabineti-birdefelik-odemelerin-verilmesi-qaydasini-tesdiqledi-444596858.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/10/439239213_90:0:1511:1066_1920x0_80_0_0_3be42cdef474567d6c2619e1bcc7903f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazi, sahil babayev, prezident ilham əliyev, qarabağ
qazi, sahil babayev, prezident ilham əliyev, qarabağ
Qarabağ müharibəsi əlilləri üçün baza yaradılıb
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, bu sənədin məqsədi də həmin dövrdə əlilliyi olan insanlara birdəfəlik ödənişlərin edilməsi idi.
BAKI, 2 avqust — Sputnik. Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, Prezident İlham Əliyev ötən il dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb:
"Bu sənədin məqsədi də həmin dövrdə əlilliyi olan insanlara birdəfəlik ödənişlərin edilməsi idi. Fərmanın icrası üçün ötən 7 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin birgə işçi qrupu tərəfindən 1991-1997-ci illərdə olan bütün hərbi xəsarət haqqında olan şəhadətnamələr təkrar inventarlaşdırılıb".
"Həmin məlumatlar elektron sistemə toplanılıb. Bütün bunların nəticəsində isə müvafiq bir baza formalaşdırılıb. Bu gün isə Prezidentin müvafiq fərmanına uyğun olaraq Baş nazir Əli Əsədov həmin ödənişlərin verilməsi qaydasını təsdiqləyib", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, I Qarabağ müharibəsi əlili olan 11 minədək şəxsə indiyədək birdəfəlik ödənişlə bağlı 67 milyon manata yaxın vəsait xərclənib.