DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ümid edirik ki, razılaşma atəşkəslə nəticələnəcək - Çavuşoğlu

© Sputnik / Mediabanka keçidÇavuşoğlu
Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 01.08.2022
Abunə olmaq
Türkiyə XİN rəhbəri bildirib ki, Qara dəniz vasitəsilə taxıl tədarükünə dair Ukrayna və Rusiya ilə razılaşmanın atəşkəsə gətirib çıxaracağına ümid edir.
BAKI, 1 avqust — Sputnik. "Türkiyə ümid edir ki, Qara dəniz vasitəsilə taxıl tədarükünə dair Ukrayna və Rusiya ilə razılaşma bu ölkələr arasında atəşkəsə gətirib çıxaracaq". Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.
"Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz daşınması çərçivəsində ilk gəmi Ukraynanı tərk edib. Ümid edirik ki, bu proses fasiləsiz və problemsiz davam edəcək. Bu məqsədə çatmaq üçün lazım olan hər şeyi edəcəyik. Ümid edirik ki, razılaşma atəşkəsə və davamlı sülhə gətirib çıxaracaq", - deyə o vurğulayıb.
İstanbul razılaşmaları haqqında
İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Rusiya və BMT arasında memorandum qurumun kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılması işində iştirak etdiyini təsdiqləyir.
Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir.
Rusiya, Türkiyə, Ukrayna və BMT arasında sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur ki, onun nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.
Xəbər lenti
0