Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankda inflyasiya məsələsi müzakirə edilib

© AP Photo / Darko VojinovicMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan, 1920, 01.08.2022
Abunə olmaq
Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupun iclası keçirilib.
BAKI, 1 avqust — Sputnik. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilib.
Mərkəzi Bankdan bildiriblər ki, "Webex" platforması üzərindən həyata keçirilən iclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, həmçinin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, Spektr Sosial-İqtisadi Araşdırma və İnkişaf Mərkəzinin və "Ekvita" şirkətinin təmsilçiləri iştirak ediblər.
İclasda işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planının ilin ilk yarısında icrası istiqamətində görülmüş işlər müzakirə edilib, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, habelə təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub, son ildə ölkədə və dünyada gedən inflyasiya proseslərinin səbəbləri və qiymət sabitliyinə nail olmaq üçün ölkədə həyata keçirilən antiinflyasiya siyasəti barədə ətraflı müzakirə aparılıb.
Bununla yanaşı, əhalinin maliyyə savadlılığının daha da yaxşılaşdırılması məqsədilə cari ilin fəaliyyət planına daxil edilmiş tədbir çərçivəsində Mərkəzi Bankın virtual təhsil platformasının imkanlarının artırılması və yeni kursların istifadəyə verilməsi istiqamətində görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində digər aidiyyəti qurumlardan nümayəndələrin işçi qrupunun işinə cəlb edilməsi, müvafiq təkliflərin formalaşdırılaraq nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alınıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb, 2018-ci ildə "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə" təsdiq edilib.
Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir.
Komissiya tərəfindən öz vəzifələrinin icrası məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla 19 işçi qrupu yaradılıb.
Bakıda supermarketdə alıcılar - Sputnik Azərbaycan, 1920, 29.07.2022
İQTİSADİYYAT
Gələn il inflyasiyanın birrəqəmli olacağı gözlənilir - RƏSMİ
Xəbər lenti
0