Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda "Mir" ödəniş sisteminin tətbiqi müzakirə edilir - Mərkəzi Bank

© Sputnik / Aleksey FilippovMir ödəniş kartları
Mir ödəniş kartları - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Abunə olmaq
Baş direktor bildirib ki, hazırda bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirə olunur.
BAKI, 29 iyul — Sputnik. Azərbaycan Mərkəzi Bankı ölkəmizdə Rusiyanın "Mir" ödəniş sisteminin fəaliyyət göstərməsi imkanlarını müzakirə edir. Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib.
O deyib ki, hazırda bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.
© Photo : APAFərid Osmanov
Fərid Osmanov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Fərid Osmanov
F.Osmanov əlavə edib ki, yekun qərar verildikdən sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, hazırda "Mir" kartından istifadə etməklə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam, Kipr, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanda nağd əməliyyatlar həyata keçirmək mümkündür.
Ekspertlərin Rusiyanın "Mir" ödəniş sisteminin ölkəmizdə tətbiqi barədə fikirləri müsbətdir.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov respublikanın sistemə qoşulmasını vacib hesab edir:

"Rusiyanın "Mir" sisteminin Azərbaycanda tətbiqi vacibdir və bu kimi məsələ əslində Bakı və Moskva arasında fevralda imzalanan müttəfiqlik fəaliyyəti haqda bəyannamədə də nəzərdə tutulub. Biz mütləq qoşulmalıyıq. Rusiya böyük ölkədir, qonşumuzdur, bizim əməkdaşlığımız var. Bizim xeyli soydaşlarımız və vətəndaşlarımız orada yaşayır, əlaqələr var".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Əkrəm Həsənov
İqtisadçı Emin Qəribli də sistemə qoşulmanı müsbət qiymətləndirir. Onun dediyinə görə, hətta əvvəllər də "Mir" sisteminin ölkədə işləməməsi çətinliklər yaradıb:
"Sanksiyalar dönəmində regional inkişaf ehtiyacı yaranır, bankların alternativ sistemlərə qoşulmasına ehtiyac var. Böhran inkişaf imkanıdır, bugünkü böhrandan banklar, maliyyə strukturları bəhrələnə bilərlər".
"Rusiya bazarında kart emissiyasının artdığını nəzərə alaraq və hər il 850 mindən çox rusiyalı turistin Azərbaycana səfər etdiyini nəzərə alaraq, Azərbaycanda da "Mir" kartlarına xidmət göstərilməsi zərurəti yaranıb", - deyə "VTB Azərbaycan"ın idarə heyətinin sədri Yevgeni Kirin bir müddət əvvəl bildirmişdi.
Xəbər lenti
0