https://sputnik.az/20220726/rusiya-efqanistanin-dondurulmus-7-milyard-dollarin-qaytarilmasi-telebini-destekleyir-444375849.html
Rusiya Əfqanıstanın "dondurulmuş" 7 milyard dolların qaytarılması tələbini dəstəkləyir
Rusiya Əfqanıstanın "dondurulmuş" 7 milyard dolların qaytarılması tələbini dəstəkləyir
Sputnik Azərbaycan
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi bildirib ki, Əfqanıstan Mərkəzi Bankının ABŞ-ın təyin etdiyi direktor tərəfindən idarə olunması tələbi... 26.07.2022, Sputnik Azərbaycan
2022-07-26T14:09+0400
2022-07-26T14:09+0400
2022-07-26T14:09+0400
rusiya
rusiya
əfqanıstan
milyard
vəsait
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441322154_0:0:3072:1728_1920x0_80_0_0_6ac905ead82b2909f4057382d42c669e.jpg
BAKI, 26 iyul — Sputnik. Rusiya Əfqanıstanın yeni hakimiyyət orqanlarının ABŞ tərəfindən dondurulmuş və faktiki olaraq oğurlanmış 7 milyard dolların qaytarılması ilə bağlı tələblərini dəstəkləyir. Bunu çərşənbə axşamı Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.İyulun 25-26-da Daşkənddə "Əfqanıstan: təhlükəsizlik və iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans keçirilir. Onun işində 100-ə yaxın xarici nümayəndə heyəti iştirak edir."Mən dondurulmuş, faktiki olaraq Əfqanıstana məxsus yeddi milyard dolların ABŞ tərəfindən qeyd-şərtsiz geri qaytarılmasını tələb edən nazir (Əfqanıstanın xarici işlər – red.) Müttəqi tam dəstəkləyirəm", - deyə Kabulov konfransda bildirib.O qeyd edib ki, "eynisi" Dünya Bankının hesablarında Əfqanıstana dondurulmuş 2,5 milyard dollarlıq humanitar yardıma da aiddir. "Hansı ki, sanki hissə-hissə əridilərək, ikiüzlülüklə əfqanlara geri qaytarılır. Bu, tamamilə iyrənc hərəkətdir", - deyə Kabulov sözünə davam edib."Biz onu əsas tuturuq ki, Birləşmiş Ştatlar, Avropa İttifaqı və Əfqanıstanı hazırda olduğumuz vəziyyətə gətirən digər onları dəstəkləyən qüvvələr 20 il ərzində dəstəklədikləri korrupsiyaya uğramış və qaçıb aradan çıxmış marionet hökuməti ilə bağlı öz səhvlərini düzəltmək üçün külli miqdarda vəsait ayırmalıdırlar", - deyə xüsusi nümayəndə əlavə edib.Kabulov, həmçinin, Əfqanıstan Mərkəzi Bankının ABŞ-ın təyin etdiyi direktor tərəfindən idarə olunması tələbini tamamilə qəbuledilməz hesab edir."Bu, beynəlxalq ictimaiyyətin fikri deyil, mən bunu Rusiya Federasiyasının nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi deyirəm. Və biz bu fikirdə tək deyilik", - deyə xüsusi nümayəndə bildirib.Ötən il avqustun əvvəlində Taliban ("Taliban" hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini bəyan edib. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə ediliblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək ABŞ-ın Əfqanıstandakı, təxminən, 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441322154_233:0:2964:2048_1920x0_80_0_0_ede202b725ddb5b7730de1d679c8c2b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, əfqanıstan, milyard, vəsait, abş
rusiya, əfqanıstan, milyard, vəsait, abş
Rusiya Əfqanıstanın "dondurulmuş" 7 milyard dolların qaytarılması tələbini dəstəkləyir
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi bildirib ki, Əfqanıstan Mərkəzi Bankının ABŞ-ın təyin etdiyi direktor tərəfindən idarə olunması tələbi tamamilə qəbuledilməzdir
BAKI, 26 iyul — Sputnik. Rusiya Əfqanıstanın yeni hakimiyyət orqanlarının ABŞ tərəfindən dondurulmuş və faktiki olaraq oğurlanmış 7 milyard dolların qaytarılması ilə bağlı tələblərini dəstəkləyir. Bunu çərşənbə axşamı Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.
İyulun 25-26-da Daşkənddə "Əfqanıstan: təhlükəsizlik və iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans keçirilir. Onun işində 100-ə yaxın xarici nümayəndə heyəti iştirak edir.
"Mən dondurulmuş, faktiki olaraq Əfqanıstana məxsus yeddi milyard dolların ABŞ tərəfindən qeyd-şərtsiz geri qaytarılmasını tələb edən nazir (Əfqanıstanın xarici işlər – red.) Müttəqi tam dəstəkləyirəm", - deyə Kabulov konfransda bildirib.
O qeyd edib ki, "eynisi" Dünya Bankının hesablarında Əfqanıstana dondurulmuş 2,5 milyard dollarlıq humanitar yardıma da aiddir. "Hansı ki, sanki hissə-hissə əridilərək, ikiüzlülüklə əfqanlara geri qaytarılır. Bu, tamamilə iyrənc hərəkətdir", - deyə Kabulov sözünə davam edib.
"Biz onu əsas tuturuq ki, Birləşmiş Ştatlar, Avropa İttifaqı və Əfqanıstanı hazırda olduğumuz vəziyyətə gətirən digər onları dəstəkləyən qüvvələr 20 il ərzində dəstəklədikləri korrupsiyaya uğramış və qaçıb aradan çıxmış marionet hökuməti ilə bağlı öz səhvlərini düzəltmək üçün külli miqdarda vəsait ayırmalıdırlar", - deyə xüsusi nümayəndə əlavə edib.
Kabulov, həmçinin, Əfqanıstan Mərkəzi Bankının ABŞ-ın təyin etdiyi direktor tərəfindən idarə olunması tələbini tamamilə qəbuledilməz hesab edir.
"Bu, beynəlxalq ictimaiyyətin fikri deyil, mən bunu Rusiya Federasiyasının nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi deyirəm. Və biz bu fikirdə tək deyilik", - deyə xüsusi nümayəndə bildirib.
Ötən il avqustun əvvəlində Taliban ("Taliban" hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini bəyan edib. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə ediliblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək ABŞ-ın Əfqanıstandakı, təxminən, 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.