https://sputnik.az/20220726/avroviziya-2022-mahni-musabiqesi-boyuk-britaniyada-kecirilecek-444361207.html
"Avroviziya-2022" mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək
"Avroviziya-2022" mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək
Sputnik Azərbaycan
Təşkilatçılar Ukraynadakı vəziyyətlə əlaqədar yarışın orada keçirilməməsi barədə qərar qəbul edildiyini bildiriblər. 26.07.2022, Sputnik Azərbaycan
2022-07-26T07:55+0400
2022-07-26T07:55+0400
2022-07-26T07:55+0400
"avroviziya" mahnı müsabiqəsi
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438912204_0:59:3171:1843_1920x0_80_0_0_f6678fba50a38a38b3938040643a37ce.jpg
BAKI, 26 iyul — Sputnik. "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi Ukraynada deyil, Böyük Britaniyada keçiriləcək. Bu barədə Rusiya mediası təşkilatçılara istinadən xəbər verib."Avropa Yayım Birliyi (EBU) və BBC "Avroviziya-2023" mahnı müsabiqəsinin Böyük Britaniyada keçiriləcəyini təsdiqləyir" - deyə müsabiqənin saytında bildirilib.Eyni zamanda, Ukraynanın "böyük beşlik" (müsabiqənin yaradılmasına ən çox töhfə vermiş ölkələr) ilə birlikdə avtomatik olaraq yarışın qrand-finalına çıxacağı da bildirilir ki, bu da reqlamentə əsasən, həmişə yarımfinalda iştirak etmədən finala yüksəlmək deməkdir. Təşkilatçılar həmçinin qarşıdakı şouda "Ukrayna elementlərini" də daxil etmək niyyətindədirlər.Müsabiqənin keçiriləcəyi şəhər daha sonra müəyyənləşəcək.Bu yaxınlarda təşkilatçılar Ukraynadakı vəziyyətlə əlaqədar yarışın orada keçirilməməsi barədə qərar qəbul edildiyini bildiriblər. Müsabiqənin keçirilmə yerinin dəyişilmə qərarı "təhlükəsizlik məqsədilə" qəbul edilib. Böyük Britaniyada mahnı müsabiqəsinin keçirilməsi variantı nəzərdən keçirilib.İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022" mahnı müsabiqəsinin qalibi "Stefania" kompozisiyası ilə Ukraynanın Kaluş Orkestri qrupu olub. Böyük Britaniya təmsilçisi Sem Rayder "Space man" mahnısı ilə ikinci yeri tutub, finalda isə o, 466 xal toplayıb. Rusiya bu il Ukraynadakı vəziyyətlə əlaqədar olaraq müsabiqədə iştirakdan kənarlaşdırılıb.Xatırladaq ki, "Avroviziya" mahnı müsabiqəsi 1956-cı ildən keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/07/438912204_442:0:3171:2047_1920x0_80_0_0_bf45657e8771e03bdafbcb1055319c57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"avroviziya" mahnı müsabiqəsi
"avroviziya" mahnı müsabiqəsi
"Avroviziya-2022" mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək
Təşkilatçılar Ukraynadakı vəziyyətlə əlaqədar yarışın orada keçirilməməsi barədə qərar qəbul edildiyini bildiriblər.
BAKI, 26 iyul — Sputnik. "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi Ukraynada deyil, Böyük Britaniyada keçiriləcək. Bu barədə Rusiya mediası təşkilatçılara istinadən xəbər verib.
"Avropa Yayım Birliyi (EBU) və BBC "Avroviziya-2023" mahnı müsabiqəsinin Böyük Britaniyada keçiriləcəyini təsdiqləyir" - deyə müsabiqənin saytında bildirilib.
Eyni zamanda, Ukraynanın "böyük beşlik" (müsabiqənin yaradılmasına ən çox töhfə vermiş ölkələr) ilə birlikdə avtomatik olaraq yarışın qrand-finalına çıxacağı da bildirilir ki, bu da reqlamentə əsasən, həmişə yarımfinalda iştirak etmədən finala yüksəlmək deməkdir. Təşkilatçılar həmçinin qarşıdakı şouda "Ukrayna elementlərini" də daxil etmək niyyətindədirlər.
Müsabiqənin keçiriləcəyi şəhər daha sonra müəyyənləşəcək.
Bu yaxınlarda təşkilatçılar Ukraynadakı vəziyyətlə əlaqədar yarışın orada keçirilməməsi barədə qərar qəbul edildiyini bildiriblər. Müsabiqənin keçirilmə yerinin dəyişilmə qərarı "təhlükəsizlik məqsədilə" qəbul edilib. Böyük Britaniyada mahnı müsabiqəsinin keçirilməsi variantı nəzərdən keçirilib.
İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022" mahnı müsabiqəsinin qalibi "Stefania" kompozisiyası ilə Ukraynanın Kaluş Orkestri qrupu olub. Böyük Britaniya təmsilçisi Sem Rayder "Space man" mahnısı ilə ikinci yeri tutub, finalda isə o, 466 xal toplayıb. Rusiya bu il Ukraynadakı vəziyyətlə əlaqədar olaraq müsabiqədə iştirakdan kənarlaşdırılıb.
Xatırladaq ki, "Avroviziya" mahnı müsabiqəsi 1956-cı ildən keçirilir.