https://sputnik.az/20220725/azerbaycanda-tebii-qaz-ehtiyatlari-444354476.html
Azərbaycanda təbii qaz ehtiyatları
Azərbaycanda təbii qaz ehtiyatları
Sputnik Azərbaycan
Azərbaycanda qaz hasilatı artır - 2022-ci ilin yanvar-may aylarında hasilat 19,6 mlrd kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən... 25.07.2022, Sputnik Azərbaycan
2022-07-25T16:32+0400
2022-07-25T16:32+0400
2022-07-25T16:32+0400
qaz
infoqrafika
ehtiyat
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441646371_0:0:268:152_1920x0_80_0_0_3164a881d595835da59eace580bb3a71.png
Ötən həftə Azərbaycan və Avropa İttifaqı arasında anlaşma memorandumu imzalanıb və buna əsasən Azərbaycan qazının Aİ-yə tədarük həcmi iki dəfə artacaq.Müqavilə çərçivəsində Aİ 2027-ci ilədək Azərbaycandan "mavi yanacaq" alışını hər il 20 milyard kubmetrə qədər artırmağı planlaşdırır ki, bu da mövcud tədarük həcmini iki dəfədən çox - ildə 8 milyard kubmetrə çatdıracaq.Bu arada Azərbaycanda qaz hasilatı artır. 2022-ci ilin yanvar-may aylarında hasilat 19,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% çoxdur. 2021-ci ilin yekunlarına əsasən qaz hasilatı 18,1% artaraq 43,9 milyard kubmetr təşkil edib.Eyni zamanda, Azərbaycan "Şahdəniz" layihəsinin üçüncü mərhələsini işə salmağı planlaşdırır və bunun sayəsində 2030-cu ilə qədər yataqdan əlavə 15 milyard kubmetr qaz hasil ediləcək.Bundan əlavə, artıq bu il ehtiyatları 360 milyard kubmetrə çatan "Abşeron" yatağından hasilata başlanılması planlaşdırılır.İşlənilməsini gözləyən başqa bir zəngin qaz yatağı "Qarabağ"dır - onun ehtiyatları 13 milyard kubmetr qiymətləndirilir. Burada hasilata 2025-ci ildə başlanılması planlaşdırılır və birinci mərhələdə yataqdan ildə təqribən 1,5-1,8 milyard kubmetr əldə etmək mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441646368_0:0:269:202_1920x0_80_0_0_acfb08370a4dfa04ba62a9dee77a83e6.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, инфографика, ehtiyat
qaz, инфографика, ehtiyat
Azərbaycanda təbii qaz ehtiyatları
Azərbaycanda qaz hasilatı artır - 2022-ci ilin yanvar-may aylarında hasilat 19,6 mlrd kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,3% çoxdur. Qaz ehtiyatları haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz
Ötən həftə Azərbaycan və Avropa İttifaqı arasında anlaşma memorandumu imzalanıb və buna əsasən Azərbaycan qazının Aİ-yə tədarük həcmi iki dəfə artacaq.
Müqavilə çərçivəsində Aİ 2027-ci ilədək Azərbaycandan "mavi yanacaq" alışını hər il 20 milyard kubmetrə qədər artırmağı planlaşdırır ki, bu da mövcud tədarük həcmini iki dəfədən çox - ildə 8 milyard kubmetrə çatdıracaq.
Bu arada Azərbaycanda qaz hasilatı artır. 2022-ci ilin yanvar-may aylarında hasilat 19,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% çoxdur. 2021-ci ilin yekunlarına əsasən qaz hasilatı 18,1% artaraq 43,9 milyard kubmetr təşkil edib.
Eyni zamanda, Azərbaycan "Şahdəniz" layihəsinin üçüncü mərhələsini işə salmağı planlaşdırır və bunun sayəsində 2030-cu ilə qədər yataqdan əlavə 15 milyard kubmetr qaz hasil ediləcək.
Bundan əlavə, artıq bu il ehtiyatları 360 milyard kubmetrə çatan "Abşeron" yatağından hasilata başlanılması planlaşdırılır.
İşlənilməsini gözləyən başqa bir zəngin qaz yatağı "Qarabağ"dır - onun ehtiyatları 13 milyard kubmetr qiymətləndirilir. Burada hasilata 2025-ci ildə başlanılması planlaşdırılır və birinci mərhələdə yataqdan ildə təqribən 1,5-1,8 milyard kubmetr əldə etmək mümkündür.